AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodor Russopulos Azərbaycan və Ermənistanı ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Vaşinqtonda sənədlərin imzalanması münasibətilə təbrik edib.
Bu barədə "Report"un Avropa bürosu onun sosial şəbəkələrdəki paylaşımına istinadən xəbər verir.
"Vaşinqtonda ABŞ-nin himayəsi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış (paraflanmış – red.) sülh sazişini hərarətlə alqışlayıram. AŞPA bu münaqişədə həmişə parlament diplomatiyasını təşviq edib və bu sazişin, eləcə də tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün mərhələləri dəstəkləməyə hazırdır", - Russopulos yazıb.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin sammiti keçirilib və bu sammitdə Bakı ilə İrəvan arasında sülh prosesinin başa çatdırılmasına yönəlmiş sənədlər imzalanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 322 Tarix: 09 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Bildirilib ki, "Motodrom" qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədi ilə sabah saat 10:00-dan işlər yekunlaşanadək Binəqədi rayonu, Biləcəri qəsəbəsini
2 fevralBuzovnanın bu ərazilərində işıq yoxdur
Buzovnanın bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq. xəbər verir ki, bununla bağlı "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, bu gün Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 10:00-da
3 fevralŞəfahət İmranovun yerinə - O təyin edildi
Respublika hərbi prokuroruna yeni müavin təyin edilib. "Qafqazinfo"nun məlumatına görə, bununla bağlı baş prokuror Kamran Əliyev Əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Elmir Süleymanlı sözügedən vəzifəyə təsdiqlənib. Qeyd edək ki, bu vəzifəni əvvəl Şəfahət İmranov tutub. O, ötən gü
3 fevralİcra məmurları belə geyinəcək - Baş nazir təsdiqlədi-Fotolar
Xüsusi icra məmurunun vahid geyim formasının və nişanının, habelə xüsusi icra məmurunun köməkçisinin nişanının təsvirləri təsdiq edilib. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb. Qərara əsasən, xüsusi icra məmurunun vahid geyim forması gündəlikdir, yay və qış dəstlərindən ibarətdir
3 fevralHər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
Bəzən qısa və lokonik mesaj milyonluq reklam büdcələrdən də effektiv olur. Çünki bugün artıq marketinq və kommunikasiya rəhbərləri bazarda ciddi bir paradoksun olduğunu aydın görə bilirlər. Ölkəmizdə brendlərin reklam büdcələri hər il artan templə gedir. Bu büdcələr dijital platformalarda, televiziy
3 fevralGenerallar indi "polkovnik" rütbəsində işləyəcəklər
Baş prokuror Kamran Əliyevin əmri ilə ədliyyə generalları Şəfahət İmranov Abşeron, Fuad Məmmədov isə Tərtər rayonunun prokuroru təyin ediliblər. Bu təyinatla əlaqədar olaraq hərbi sistemdə çalışan hər iki şəxs həqiqi hərbi xidmətdən ehtiyata buraxılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki
2 fevral