Milli Məclisdə Rumıniya nümayəndə heyəti ilə görüş keçirildi
Avqustun 25-da Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Rumıniya Senatının Mədəniyyət və media daimi komitəsinin sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Sonxeber.az xəbər verir ki, qonaqları salamlayan Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev ölkəmizə səfəri çərçivəsində Nikulesku-Tsıqırlaşın Azərbaycanın işğaldan azad edilmiş ərazilərində olmasını, "Heydər Əliyev" zirvəsinə yürüşünü yüksək dəyərləndirib, parlamentlərarası əlaqələrin ölkələrimiz arasında münasibətlərin inkişafına müsbət təsirindən danışıb, bu istiqamətdə dostluq qruplarının əməkdaşlığının əhəmiyyətini vurğulayıb. Söhbət zamanı Azay Quliyev beynəlxalq təşkilatlarda əlaqələrin önəmi və parlament diplomatiyasının vacibliyi barədə fikirlərini bölüşüb.
Ölkələrimiz arasındakı münasibətlərdən bəhs edən Kristian-Auqustin Nikulesku-Tsıqırlaş rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın Qarabağ iqtisadi rayonuna səfəri ilə bağlı təəssüratlarını bölüşüb, Ulu Öndərin xatirəsinə dərin ehtiramının ifadəsi olaraq "Heydər Əliyev" zirvəsinə yürüşündən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgədə aparılan bərpa və quruculuq işlərini yüksək qiymətləndirib, ölkələrimiz arasında əməkdaşlığın potensialı və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bildirib.
Milli Məclisin Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Kamal Cəfərov, Aydın Mirzəzadə və Samir Vəliyev, Rumıniyanın Maramureş Vilayət Vəkillər Kollegiyasının rəhbəri Florin Andreykuts çıxış edərək ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəli siyasi dialoq sayəsində uğurla inkişaf etdiyini bildiriblər. Deputatlar həm ikitərəfli formatda, həm parlamentlər səviyyəsində, həm də beynəlxalq platformalar çərçivəsində qarşılıqlı-faydalı əməkdaşlığın bundan sonra da davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüş qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi ilə davam etdirilib.
Görüşdə Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov və digər rəsmi şəxslər iştirak ediblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 534 Tarix: 26 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabr