"Azərbaycanda yenidən zəlzələ baş verə bilər" - SEYSMOLOQ
Dünən gecə saatlarında Xəzər dənizi sahillərində 5,7 maqnitudada zəlzələ qeydə alınıb.
Sonxeber.az bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə (EMSC) istinadən xəbər verir. Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 00:33-də Dərbənddən (Rusiya) 50 km şimal-şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 11 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 4-3 bala qədər hiss olunub.
Bəs görəsən Azərbaycanda yenidən zəlzələ baş vermə ehtimalı varmı?
Bu barədə seysmoloq Qulam Babayev Sonxeber.az -a açıqlama verib:
"Azərbaycanda yenidən zəlzələ ehtimalı var və hiss olunan zəlzələ qaçınılmazdır. Əvvəlki müsahibələrimdə də bunu qeyd etmişəm. Lakin dağıdıcı güclü zəlzələ gözlənilmir. Dünən gecə baş verən zəlzələ də bunun təzahürüdür.
Bu yalnız Azərbaycanda deyil, dünya miqyasında seysmik və tektonik aktivliyin artması ilə bağlıdır. Region silkələnərkən Azərbaycan da sabit qala bilməz, amma yerdəyişmə prosesləri, geodinamik və geoloji faktorlar, blokların sürətləri digər bölgələrə nisbətən Azərbaycanda daha yavaşdır. Aktivlik var, amma intensiv deyil.
Məsələn, Türkiyə üç böyük tektonik blokun kəsişmə nöqtəsində yerləşir və orada güclü qırılmalar davam edir. Azərbaycanda isə bu cür intensivlik yoxdur"
Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Bakı və Sumqayıt və s. şəhərlərində 4-3 bal gücündə hiss olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1916 Tarix: 27 avqust 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabrSabah hava necə olacaq?
Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər
3 noyabrİşdən çıxarılan şəxslərin kredit borcunu sığorta ödəyəcək? - Ekspertdən AÇIQLAMA
İşini itirən vətəndaşların kredit öhdəliklərinin sığorta şirkətləri tərəfindən qarşılanmasını nəzərdə tutan mexanizm gözlənilməz gəlir itkisi ilə üzləşən şəxslərin maliyyə yükünün azaldılması baxımından əhəmiyyət daşıyır. Belə bir sistemin tətbiqi bankların kredit siyasətinə, sığorta şirkətlərinin öhdəliklərin
2 noyabrAzərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabr