Azərbaycanda bu mobil operator ləğv edilir - Nömrələr işləməyəcək
"Naxtel" MMC 2025-ci il 1 dekabr tarixindən bütün xidmətlərinin göstərilməsini dayandıracağını açıqlayıb.
Qaynarinfo xəbər verir ki, şirkət bu barədə rəsmi sosial şəbəkə hesablarında məlumat verib.
Xidmətdən bildirilib ki, abunəçilər istifadə etdikləri nömrələri qorumaq və mobil rabitə xidmətlərindən yararlanmağa davam etmək üçün 2025-ci il 1 oktyabr – 1 dekabr tarixləri arasında ölkədə fəaliyyət göstərən digər mobil operatorlara – "Azercell", "Bakcell" və "Nar"a müraciət etməlidirlər.
Əgər abunəçilər göstərilən tarixədək nömrələrini digər şəbəkəyə keçirməsələr, həmin nömrələr ləğv olunacaq, müqavilələrə xitam veriləcək və aktiv xidmətlər dayandırılacaq. Balansda qalan istifadə edilməmiş vəsaitlər isə silinəcək.
Əlavə olaraq, silinmiş məbləğlərin geri qaytarılması və ya kompensasiyası nəzərdə tutulmur.
Nömrələrin daşınması Naxçıvan Muxtar Respublikası ilə yanaşı, Bakı və Gəncə şəhərlərində xüsusi xidmət mərkəzlərində həyata keçiriləcək.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 23169 Tarix: 01 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Velosiped sürməyin ürək üçün gözlənilməz faydaları açıqlandı
Kardioloqlar hesab edir ki, hər gün 15-20 dəqiqə velosiped sürmək ürəyi qorumağa və infarkt riskini azaltmağa kömək edir. xəbər verir ki, müntəzəm qısa məşqlər nadir hallarda edilən uzunmüddətli velosiped yürüşlərindən daha faydalıdır. Mütəxəssislər qeyd edir ki, qaçışla müqayisədə velosiped sürmək oynaqlar
4 iyunKeşlədə obyekt yanır - Yenilənir
Nizami rayonu, Keşlə qəsəbəsi, A.Mirzəyev küçəsində obyektdə yanğın başlayıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələr
4 iyunKonsulluğumuz Zeynəb Cavadlı məsələsini - Nəzarətə götürdü
Dubay Əmirinin qardaşı oğlu Şeyx Səid bin Məktum Əl-Məktumun keçmiş həyat yoldaşı, azərbaycanlı eks-gimnast Zeynəb Cavadlı ilə bağlı məsələ nəzarətə götürülüb. "Qaqazinfo" xəbər verir ki, bu barədə -a Baş Konsulluqdan bildirilib. Məlumata görə, diplomatik nümayəndəlik Zeynəb Cavadlı ilə bağl
4 iyunBakıda yeni körpü tikilir
Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 55-ci kilometrliyində, Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində keçən hissədə yerləşən qəzalı körpü sökülərək yeni 1 aşırımlı körpünün inşasına start verilib. Bu barədə -a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib
4 iyun