"Sosial medianın reklam bazarında üstün mövqeyə sahib olması ənənəvi medianın imkanlarını ciddi şəkildə zəiflədir" - AÇIQLAMA

"Sosial medianın reklam bazarında üstün mövqeyə sahib olması ənənəvi medianın imkanlarını ciddi şəkildə zəiflədir" - AÇIQLAMASosial medianın sürətlə inkişafı və reklam bazarında dominant mövqeyə gəlməsi ənənəvi mediaya ciddi zərbə vurur. Reklam verənlərin effektiv hesab etdikləri sosial şəbəkələrə üstünlük verməsi televiziyadan qəzet-jurnallara qədər bütün media qurumlarını maliyyə baxımından çətin vəziyyətə salıb. Mütəxəssislər bildirirlər ki, bu prosesin yaxın gələcəkdə daha da dərinləşəcəyi, hətta süni intellektin sosial medianı belə əvəz edə biləcəyi istisna edilmir.

Mövzu ilə bağlı media eksperti Azər Həsrət Sonxeber.az -a açıqlama verib:

"Sosial medianın reklam bazarında bu qədər üstün mövqeyə sahib olması ənənəvi medianın imkanlarını ciddi şəkildə zəiflədir. Reklam verənlər seçim edərkən sosial medianın daha effektiv və ucuz olduğunu nəzərə alaraq, əsasən bloggerlərə üstünlük verirlər. Bunun nəticəsində televiziya, radio, qəzet, jurnal və hətta onlayn media belə ciddi maliyyə problemləri ilə üzləşir, çünki gəlirdən məhrum olurlar"

O bildirib ki, bu məsələnin çıxış yolu barədə fikir bildirmək çox çətindir:

"Bu vəziyyətdən çıxış yolunu göstərmək isə olduqca çətindir. Hətta demək olar ki, yaxın gələcəkdə sosial media dövrü də arxada qala bilər. Çünki süni intellekt texnologiyaları sosial medianı da əvəz edəcək gücə sahibdir. Tarix göstərir ki, hər yeni texnologiya mərhələ-mərhələ əvvəlkilərin yerini tutur. Beləliklə, həm əlçatanlıq, həm də çeviklik baxımından yeni texnologiyalar ənənəvi medianı kölgədə qoyur.

Bu məsələnin konkret həll yolu varmı – demək çox çətindir. Hətta bəzən televiziyaların tamamilə ləğv ediləcəyi ilə bağlı söz-söhbətlər də dolaşır. Hazırkı vəziyyətlə bağlı dəqiq proqnoz vermək isə, açığı, mümkün deyil".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 750   Tarix: 01 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr