Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?

Birinci kurs tələbələri təhsil haqqını necə ödəyəcək?Bu il ali məktəblərə 57 min 236 nəfər qəbul olunub. Onların 27 min 956 nəfəri dövlət sifarişi əsasında, 29 min 280 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Hazırda ali məktəblərə qəbul olan tələbələrin universitetlərə sənəd qəbulu prosesi aparılır. Birinci kurs tələbələri yeni tədris ilinə hazırlaşarkən ən vacib məsələlərdən biri də təhsil haqqının ödəniş qaydasıdır.

Teleqraf universitetlərə təhsil haqqının ödəniş qaydaları ilə bağlı sorğu ünvanlayıb.

Azərbaycan Tibb Universitetindən bildirilib ki, birinci kursa qəbul olan tələbələr təhsil haqqını ödədikdən sonra qeydiyyatdan keçirlər: "Yuxarı kurslarda isə birinci semestrin ödənişi 15 oktyabra, ikinci semestrin ödənişi isə 15 marta qədər həyata keçirilməlidir".

Azərbaycan Dövlət Pedaqoji Universitetində birinci kurs tələbələri qeydiyyat zamanı illik təhsil haqqının minimum 50 faizini ödəməlidirlər: "

Digər 50 faiz isə ikinci semestrin əvvəlində ödənilir. Yuxarı kurslarda da ödəniş iki hissəyə – hər semestr 50 faiz olmaqla bölünür. İstəyən tələbə ödənişi tam şəkildə də edə bilər".

Bakı Dövlət Universitetində də təhsil haqqı 50 faiz prinsipi ilə ödənilir. Universitetə qeydiyyat zamanı ilkin ödəniş edilməlidir.

Azərbaycan Texniki Universitetindən qeyd olunub ki, birinci kurs tələbələri üçün təhsil haqqını mərhələli şəkildə ödəmək mümkündür. "Bu, könüllü xarakter daşıyır. İstəyən tələbə ödənişi tam şəkildə də edə bilər".

Azərbaycan Dillər Universitetinə qəbul olan birinci kurs tələbələrinə təhsil haqqını iki dəfəyə ödəmək imkanı yaradılıb.

Özəl ali təhsil müəssisələrində isə vəziyyət fərqlidir.

Qərbi Kaspi Universitetində isə ilk ilin təhsil haqqı tam şəkildə ödənilməlidir.

Xəzər Universitetindən verilən məlumata görə birinci ilin təhsil haqqı tam ödənilməlidir. Sonrakı illər hər semestrdə yarı-yarı ödənilir.

Azərbaycan Universitetində də ilk ilin təhsil haqqının tam ödənilməsini tələb edir.

Qeyd edək ki, məcburi köçkün statuslu şəxslər, valideyn himayəsindən məhrum olan şəxslər, əlilliyi müəyyən edilmiş şəxslər, şəhid ailəsi statusu olan şəxslər, şəhid və müharibə əlillərinin övladları, müharibə veteranları təhsil haqqından azaddırlar.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 979   Tarix: 01 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Cövdətin qızı 1 yaşında - Fotolar

Aktyor Cövdət Şükürovun qızının bir yaşı tamam olub. Axşam.az xəbər verir ki, bu barədə aktyorun həyat yoldaşı, aktrisa Gülçin Qasımova sosial şəbəkə hesabında paylaşım edib. O, ailəvi fotosunu izləyiciləri ilə bölüşərək "Həyat yolun həmişə işıqlı olsun, mənim gözəl balam" deyə, yazıb

2 noyabr
.

Göbələyi bişirmək zəhərini öldürür? - Ekspertdən AÇIQLAMA

Qaxda 7 nəfərin göbələkdən zəhərlənməsi təbiətdən toplanan və istehlak edilən göbələklərin təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Zəhərli göbələkləri zahiri görünüşünə görə yeməli növlərdən ayırmaq hər zaman mümkün olmadığından, insanların həm göbələk alarkən, həm də təbiətdən toplayarkə

2 noyabr
.

"Şəki Yaylası"ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var

Sentyabrın 8-də Şəki rayonu, Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" Ailəvi İstirahət Mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır. "Qafqazinfo" xəbər verir ki, bu barəd

2 noyabr
.

17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto

Azərbaycanda gənc idmançı - atlet Həvva Yambulatova qəfil vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Shusha Climbers" klubu məlumat yayıb. Klubun üzvü, yeniyetmələr üzrə Azərbaycan çempionu 17 yaşında dünyasını dəyişib. Həvva Yambulatovanın hansı səbəbdən həyatını itirdiy

2 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr