Reklam bazarında yeni MÜBARİZƏ: "Kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!" – VİDEO
"Televiziyalar vasitəsilə tanıdılan bir çox məhsul, tikinti işi, avtomobil şirkətləri daim bazarda rəqabət üstünlüklərini əlində saxlayaraq böyük paya sahib olublar".
Bunu Yenicag.az-a videomüsahibəsində tanınmış reklam mütəxəssisi Rolan Mammadlinski deyib.
2002-ci ildən reklam sahəsində fəaliyyət göstərən, 2008-ci ildən isə öz şirkətini – "Media Event" Reklam Agentliyini quraraq uğurlu layihələr gerşəkləşdirənmütəxəssis bildirib ki, ənənəvi media ilə müqayisədə digital medianın üstünlükləri olsa da mənfiləri daha çoxdur:
"Buna əsas səbəb sosial şəbəkələr üzərində nəzarət mexanizmlərinin olmamasıdır. Belə ki, bu platformadakı tanınan hesablar sayəsində reklam olunacaq məhsulu hansısa sənəd tələb olunmadan tanıtmaq mümkündür. Lakin ənənəvi mediada işlər tamamilə fərqlidir".
"Misal üçün hər hansı şəxs gigiyenaya, qidalara və yaxud digər meyarlara əməl etmədən restoran işlədir. Onun tanıdılması üçün isə bloqerlərə və yaxud sosial medianın digər tanınmış simalarına müraciət edir. Müəyyən məbləğ qarşılığında sosial mediada istənilən məhsulu, xidməti və hər şeyi pis olsa belə təriflətmək mümkündür. Lakin kimsə pul qazanmalıdır deyə camaat zəhərlənməlidir?!", – deyə o, əlavə edib.
"Ənənəvi mediada reklam verməyin üstünlükləri çoxdur – həm məhsulların dəqiqliyi və təhlükəsizliyinə, həm də göz yaddaşında qaldığına görə. Televiziyalar vasitəsilə tanıdılan bir çox məhsul, tikinti işi, avtomobil şirkətləri daim bazarda rəqabət üstünlüklərini əlində saxlayaraq böyük paya sahib olublar. Bunun əsas səbəbi isə sosial media və ənənəvi media auditoriyasının bir-birindən tamamilə fərqlənməsidir", – deyə o bildirib.
Ətraflı videomaterialda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 705 Tarix: 01 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik al
11 sentyabrAtasının həbsdən çıxmasından danışdı: "Məni görəndə şok oldu"
Məşhur "Çudo Peçka" şirniyyat mağazaları şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğlu, Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov atasının həbsdən azadlığa çıxmasından danışıb. Axşam.az xəbər verir ki, A.Cəlilov bu haqda Elgiz Əkbərin "YouTube" proqramında sualları cavablandırarkə
10 sentyabrŞəkidə kanatdakı qəzanın səbəbi açıqlandı
Şəkidə "Zipline" əyləncəsindən istifadə edən iki şəxsin həlak olması ilə bağlı cinayət işi başlanıb. Axşam.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, sentyabrın 8-də Şəki rayonu, Baş Küngüt kəndi ərazisində yerləşən "Şəki yaylası"
10 sentyabr"Bantik"lə bağlı qalmaqal: "Pul vermədi, pəncərələri də sildirirdi"
2024-cü ildə "Bantik" mağazalar şəbəkəsində satıcı kimi çalışdığını deyən gənc qadın 10 günlük əməyinin qarşılığında əməkhaqqı almadığını iddia edib. Axşam.az APA-ya istinadən xəbər verir ki, şikayətçi 18 yaşı tamam olduqdan sonra satıcı vakansiyasına müraciət etdiyini və 7 günlük sınaq müddətind
10 sentyabrCekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql
10 sentyabrOğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA
Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd
11 sentyabrRitualla həyatımızı dəyişdirə bilərik? - AÇIQLAMA
Son illər həyatında dəyişiklik etmək istəyən insanların bir qismi psixoloqla yanaşı, müxtəlif "enerji kouçları"na və ritual praktikalarına da müraciət edir. "Enerjimi təmizlədim, həyatım dəyişdi", "ritual etdim və arzuma çatdım" kimi fikirlər sosial şəbəkələrdə də kifayə
10 sentyabr