"Küçələrdə aparılan təmir işləri elə təşkil olunmalıdır ki, proses mümkün qədər qısa müddətdə və operativ şəkildə başa çatsın" - AÇIQLAMA

"Küçələrdə aparılan təmir işləri elə təşkil olunmalıdır ki, proses mümkün qədər qısa müddətdə və operativ şəkildə başa çatsın" - AÇIQLAMA"Keçən payız Sumqayıt-Bakı yolunda sıxlıq Xırdalan qəbiristanlığı və ya ekoloji postun yanında başlayırdı. Bu il sentyabrda isə az qala Mühəndislik Universitetinin yanında başlayır".

Bunu deputat Razi Nurullayev sosial şəbəkə hesabında bildirib.

Onun sözlərinə görə, Bakı ətrafında yaşayanlar üçün şəhərə gəlmək böyük problemdir: "Binəqədi yolundan da keçmək mümkün deyil. İki aydır ki, yol qazılır, amma başa çatdırılmır. Bir kilometr yolu qazıb kanalizasiya borusu basdırmaq bu qədərmi çəkməlidir?

Nəqliyyat və yolla bağlı işlər görülür. Məncə işlərin daha da sürətlənməsi və 24 saatlıq rejimə keçilməsi lazımdır ki, layihələr daha tez bitsin. Düşünürəm ki, 10-15 sentyabrdan sonra daha ağır vəziyyətlə üz-üzə qalacağıq".

Bəs görəsən bu problemlərin həlli yolu nədir?

Nəqliyyat eksperti Elməddin Muradlı bu barədə Sonxeber.az -a açıqlama verib:

"Küçələrdə aparılan təmir işləri elə təşkil olunmalıdır ki, proses mümkün qədər qısa müddətdə və operativ şəkildə başa çatsın. Hazırda Binəqədi rayonu da daxil olmaqla bir neçə ərazidə təmir işləri davam edir. Təəssüf ki, bu işlər çox vaxt aparır və sakinlər bundan əziyyət çəkir, sosial şəbəkələrdə tez-tez narazılıqlarını ifadə edirlər.

Əslində xırda həcmli işlərin bu qədər uzanması yolverilməzdir – onlar daha sürətli tamamlanmalıdır. Lakin bəzi iri layihələr var ki, onların həyata keçirilməsi təbii olaraq vaxt tələb edir. Bu hallarda işlərin süni şəkildə sürətləndirilməsi keyfiyyətin aşağı düşməsinə səbəb ola bilər.

Bəzən həm mütəxəssislər, həm də işin mahiyyətini bilməyən insanlar bu mövzuda fikir bildirirlər. Lakin məsələyə peşəkar yanaşdıqda aydın olur ki, müəyyən proseslər yalnız mövcud qaydada həyata keçirilə bilər və alternativi yoxdur. Bununla belə, vacibdir ki, müzakirələrdə operativlik prinsipinə üstünlük verilsin.

Təəssüf ki, ölkəmizdə tez-tez belə hallarla rastlaşırıq: iş başlanır, bir müddət sonra isə maliyyə problemi səbəbindən dayanır və ya ləng gedir. Halbuki geniş işçi qüvvəsi cəlb olunarsa, görülən işləri daha tez və keyfiyyətli şəkildə başa çatdırmaq mümkündür".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1340   Tarix: 04 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr