Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?

Deputata məxsus olduğu deyilən 20 milyonluq şirkət kondisioner təmiri ilə məşğuldur?Geodeziya və Kartoqrafiya Agentliyi "A ənd J Holdinq" MMC ilə satınalma müqaviləsi bağlayıb.

Qaynarinfo-nun məlumatına görə, müqavilədə kondisionerlərə təmir xidmətinin satın alınması nəzərdə tutulur. Təmir işlərinə görə şirkətə 12 512,2 manat ödəniləcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "A ənd J Holdinq" MMC 24 noyabr 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 510 540 manatdır. Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Murtuza Muxtarov küçəsi, ev 9, mənzil 30-da yerləşən şirkətin qanuni təmsilçisi Məhərrəmov Fuad Rövşən oğludur.

Mediada gedən məlumatlara görə, "A ənd J Holdinq" MMC deputat Əlibala Məhərrəmzadəyə məxsudur. Əlibala Məhərrəmzadənin 2024-cü ilədək şirkətə rəhbərlik etməsi bu iddianın əsassız olmadığına şübhələri artırır.

Deputat həmçinin "Ukrayna Ticarət Evi" MMC-nin rəhbəri olub. Bu şirkətin də ona məxsus olduğu iddia edilir. Yeri gəlmişkən, Milli Məclisdə 59 saylı Quba seçki dairəsini təmsil edən Əlibala Məhərrəmzadə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.

Hazırda "Ukrayna Ticarət Evi" MMC-də səyyar vergi yoxlaması keçirilib və şirkətə 1 149 678.42 manat əlavə vergi, 700 217.03 manat isə maliyyə sanksiyası hesablanıb. Hazırda vergi sistemində "Ukrayna Ticarət Evi" MMC-nin 871 967,52 manat vergi borcu olduğunun göstərilir.

Onu da qeyd edək ki, "A ənd J Holdinq" MMC-nin indiki rəhbəri Fuad Məhərrəmov həm də "Ukrayna Ticarət Ev" MMC-nin qanuni təmsilçisidir. Bəzi ehtimallara görə, Fuad Məhərrəmovla Əlibala Məhərrəmzadə arasında qohumluq əlaqələri var.

Başqa bir maraqlı məqam isə "A ənd J Holdinq" MMC-nin fəaliyyət sferası ilə bağlıdır. Şirkət haqqında açıq mənbələrdə hər hansı məlumat olmadığından onun konkret olaraq hansı sahə üzrə ixtisaslaşdığı bəlli deyil. Amma hər halda 20 milyonluq şirkətin kondisinerlərin təmiri ilə məşğul olması bir qədər inandırıcı görünmür.

Geodeziya və Kartoqrafiya Agentliyi Ekologiya və Təbii Sərvərlər Nazirliyinə tabeli qurumdur. Agentliyin idarə heyətinin sədri Nazim İsmayılovdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1997   Tarix: 04 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr