AZAL "Uçuş Təhlükəsizliyi Günü" tədbiri keçirib
"Azərbaycan Hava Yolları" QSC (AZAL) uçuş təhlükəsizliyinin idarə olunmasının təkmilləşdirilməsi və məsuliyyət mədəniyyətinin gücləndirilməsi məqsədilə Bakıda "AZAL Uçuş Təhlükəsizliyi Günü" ("AZAL Flight Safety Day") adlı tədbir keçirib.
Sonxeber.az AZAL-a istinadən xəbər verir ki, "AZCON Holding"in nümayəndələri, aviaşirkətin rəhbər heyəti, Milli Aviasiya Akademiyasının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin və digər tərəfdaş qurumların tədbirdə birgə iştirakı milli aviadaşıyıcının yüksək təhlükəsizlik standartlarına, inkişafa və sərnişin etimadının möhkəmləndirilməsinə verdiyi önəmi nümayiş etdirib.
Böyük Britaniya Mülki Aviasiya İdarəsinin ("UK Civil Aviation Authority", UK CAA) dəstəyi ilə keçirilən tədbirdə spikerlər sırasında beynəlxalq səviyyəli mütəxəssislər – Böyük Britaniya Mülki Aviasiya İdarəsinin təhlükəsizlik və hava məkanının tənzimlənməsi üzrə direktoru Cankarlo Buono, təhlükəsizlik idarəçiliyi və insan‑təşkilati amillər üzrə tanınmış ekspert Saymon Roberts yer alıblar.
Spikerlər şirkətdə təhlükəsizlik üzrə korporativ mədəniyyətin formalaşdırılmasında qabaqcıl yanaşmalar barədə məlumat verib, bu sahədə şəffaflıq, məsuliyyət və liderliyin gündəlik fəaliyyətin ayrılmaz hissəsi olduğunu xüsusi vurğulayıblar.
AZAL-ın prezidenti Samir Rzayev çıxış edərək uçuş təhlükəsizliyinə həsr olunmuş bu tədbirin AZAL üçün böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. "Bu təşəbbüs yalnız rəhbər heyətimizin peşəkar bacarıqlarını gücləndirmir, həm də məsuliyyət və şəffaflıq mədəniyyətinin davamlı inkişafına dəyərli töhfə verir. Bu prinsiplər aviasiya təhlükəsizliyi sistemimizin əsasını təşkil edir və AZAL-ın etibarlı, təhlükəsiz beynəlxalq hava daşıyıcısı kimi nüfuzunu möhkəmləndirir", - deyə S.Rzayev bildirib.
Təlim proqramı, ümumilikdə uçuş təhlükəsizliyi sahəsində liderlik bacarıqları, müsbət korporativ mədəniyyətin formalaşdırılması, dəyişikliklərin effektiv idarə olunması, insan amilinin təhlükəsizlik sisteminə inteqrasiyası, təhlükəsizlik idarəetmə sisteminin (SMS) səmərəliliyinin artırılması və digər əsas mövzuları əhatə edib.
"AZAL Uçuş Təhlükəsizliyi Günü" tədbiri həm təcrübə mübadiləsi üçün platforma, həm də rəhbərliyin məsuliyyəti və əməkdaşların fəal iştirakı əsasında təhlükəsizlik mədəniyyətinin möhkəmləndirilməsinə yönəlmiş mühüm təşəbbüs olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1055 Tarix: 04 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrPaytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər
3 noyabrBakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi
2 noyabr