Səbuhi Abbasov: "Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoydu"

Səbuhi Abbasov: "Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni mərhələnin əsasını qoydu""Prezident İlham Əliyevin Tiencində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısında iştirakı Azərbaycanın beynəlxalq müstəvidə artan nüfuzunun bariz nümunəsidir"
Bu sözləri saytımıza açıqlamasında politoloq Səbuhi Abbasov Prezident İlham Əliyevin Çinə səfərini şərh edərkən deyib: "Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan-Çin münasibətlərində yeni, çoxvektorlu mərhələnin əsasını qoymuş oldu. Demək olar ki, bütün sahələrdə - nəqliyyat, enerji, iqtisadiyyat və humanitar müstəvidə ciddi müzakirələr aparıldı, Çinin nüfuzlu şəxsləri, iş adamları ilə görüşlər keçirildi. Ümumiyyətlə, İlham Əliyev üçün hazırlanan xüsusi qarşılanma mərasimi, Çin liderinin göstərdiyi fərqli, səmimi münasibət, aparılan danışıqlar, qəbul edilən bəyannamə, imzalanan müqavilələr Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütövlükdə, regionda strateji rola sahib olduğunu göstərir. Bu mənada nəqliyyat amili xüsusi əhəmiyyətə malikdir. Azərbaycan bu sahədə uzun illərdir fəal mövqe tutur və faktiki olaraq Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən Orta Dəhlizin əsas qovşaqlarından birinə çevrilib. ŞƏT və xüsusilə Çin üçün bu marşrutun əhəmiyyəti getdikcə artır. Azərbaycanın bu dəhlizdə həm geosiyasi, həm də iqtisadi baxımdan güclü rolu ölkəmizin təşkilatla əməkdaşlığının dərinləşməsinə real zəmin yaradır. Bu səfər həm də Azərbaycan–Çin münasibətlərinin strateji xarakterini daha da gücləndirməklə yanaşı, Azərbaycanın ŞƏT çərçivəsində gələcək rolu barədə yeni müzakirələr üçün zəmin yaradıb. Təşkilatın əsas məqsədləri üzv dövlətlər arasında qarşılıqlı etimadın və mehriban qonşuluğun möhkəmləndirilməsi, regional sabitliyin təmin edilməsi, ticarət-iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın inkişafıdır. Beləliklə ölkəmizin strateji maraqları ŞƏT çərçivəsində geosiyası tabloda öz layiqli yerini tutmuşoldu."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 662   Tarix: 05 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr