Tənqid, istehza, soyuqluq və müdafiəçilik: Münasibətləri zədələyən "Dörd atlı" - PSİXOLOQ

Tənqid, istehza, soyuqluq və müdafiəçilik: Münasibətləri zədələyən "Dörd atlı" - PSİXOLOQ"Toksik münasibətlər dedikdə, əslində, biz gündəmin ən qlobal problemlərinə toxunmuş oluruq. Sosial şəbəkələrə nəzər yetirdikdə görürük ki, toksik münasibətlərin qurbanlarının sayı son dövrlərdə daha da artmaqdadır. Bunun əsas səbəblərindən biri odur ki, toksik münasibətdə iki tərəf də bir-birinə zərər verir. Həm psixoloji, həm də emosional baxımdan bir-birlərini tükəndirirlər. Burada artıq manipulyasiya, hörmətin azalması, sevginin daha çirkin bir hal alması müşahidə olunur. Bəs, bunun səbəbləri nədir?
Birinci növbədə təəssüf ki, biz sosial şəbəkələrdən çox təsirlənirik. Xüsusən də gənclər saxta psixoloqları izləyirlər və bu psixoloqlar əsasən Türkiyədə daha çox yayılıb. Azərbaycanda da özünü "kouç" adlandıran şəxslər ortaya çıxır və insanları münasibətlər baxımından çox mənfi istiqamətdə yönləndirə bilirlər. Məsələn, bu kimi fikirlər irəli sürürlər: "Əgər qarşı tərəfi əlində saxlamaq istəyirsənsə, onu manipulyasiya etməlisən. Onu daimi nəzarətdə saxlamaq üçün emosional soyuqluq et, daha sonra isti davran və s.".Bunlar, ilk növbədə, real münasibət yaratmır. Çünki əgər sən münasibətə bazar iqtisadiyyatı yanaşması ilə baxırsansa, bu, artıq "mal satmaq"dır. Manipulyasiya və ya hər hansı taktika ilə münasibət qurmaq olmaz. İlk növbədə gənclər normal ünsiyyət qurmağı bacarmalı, özlərinin nə istədiyini bilməli və qarşı tərəflə ünsiyyət bacarıqlarını inkişaf etdirməlidirlər"

Bu sözləri Sonxeber.az-a Amerika psixoloqlar assosasiyasının üzvü, Psixoloq Konsultant Şirin Məmmədli danışıb.

Tənqid, istehza, soyuqluq və müdafiəçilik: Münasibətləri zədələyən "Dörd atlı" - PSİXOLOQO, açıqlamasında qeyd edib ki, əgər insan istədiyini açıq şəkildə ifadə edə bilmirsə, qarşı tərəfə gözləntilərini deyə bilmirsə və onun fikirlərinə hörmət etməyi bacarmırsa, burada heç bir sağlam münasibətdən söhbət gedə bilməz:

"Dünyada ən çox istifadə olunan, mənim özümün də tətbiq etdiyim və ciddi sınaqlardan keçmiş "Qotman ailə terapiyası"nda "Dörd atlı" prinsipi var. Münasibəti zədələyən dörd əsas davranış bunlardır: tənqid, istehza, müdafiəçilik (hər şeyi öz üzərinə götürmək və özünü müdafiə etmək), divar hörmək (ünsiyyətdən qaçmaq, emosional soyuqluqla qarşı tərəfi cəzalandırmaq). Çox təəssüf ki, günümüzdə münasibət haqqında danışan bir çox insanlar məhz bu olunmaması lazım olan davranışları insanlara məsləhət görürlər. Deyirlər ki, qarşı tərəfə zarafatla sözünü deyə bilərsən. Halbuki, zarafatla sözünü demək istehzaya gətirib çıxarır. Bir müddət sonra isə bu, alçaldıcı davranışlara çevrilir. İnsan öz içinə aqressiya yığmağa başlayır və onu düzgün ifadə edə bilmədikcə, bu, artır və zarafatın içində qarşı tərəfi tənqid etmək kimi görünür. Müdafiəçiliyə misal olaraq: sən qarşı tərəfin dediyi sözlərə diqqətlə qulaq asmalı və uyğun cavab qaytarmalısan ki, o da başa düşsün – hər şey bir-biri ilə bağlıdır. İlk növbədə davranış qarşı tərəfə izah edilməlidir ki, bu, yarış deyil. Yəni "sən mənə bunu etdin, mən də sənə bunu etdim" yanaşması və ya susmaq, qaçmaq, bir-birini yoxluğu ilə cəzalandırmaq (təhdid etmək) – bunlar çox qeyri-sağlam davranışlardır və emosional baxımdan yetkin olmadığımızı göstərir".

Psixoloq onu da vurğuladı ki, insan uzun müddət toksik münasibətdə qalarsa, sonrakı sağlam münasibətlər ona sıxıcı gələ bilər:

"Toksik münasibətlər insanlara çox ciddi ziyan vurur. Əgər bu, gənc yaşlarda yaşanırsa, insanların "normalına" çevrilə bilər. İnsan uzun müddət toksik münasibətdə qalarsa, sonrakı sağlam münasibətlər ona sıxıcı gələ bilər. Amma eyni zamanda toksik münasibətə də girmək istəmir. Çox vaxt isə artıq tənhalıq başlayır. Tənhalıq isə assosial davranışa səbəb olur, hətta depressiyaya qədər gətirib çıxara bilər.

Üçüncü tərəfdən, bu, insanlarda ciddi psixoloji pozuntulara – panik atak, anksiyete tutmaları, isterik epizodlarla müşahidə olunan hallara səbəb ola bilər. Uzun müddət psixoloji şiddət altında qalmaq və toksik münasibət yaşamaq çox təhlükəlidir. Buna görə də mən həmişə gənclərə və ya yeni evlənənlərə deyirəm ki, əgər hər hansı probleminiz varsa, mütləq şəkildə cütlük terapiyasına və psixoloqa müraciət edin. Gedin, terapiyada bir-birinizlə üzləşin. Özünüz bacarmırsınızsa, bunu terapiyada həll edə bilərsiniz.

Hər insan əlbəttə ki, münasibətlərə yüksək yetkinliklə başlamır. Əgər bunu həll etməyə resursunuz yoxdursa, onsuzda peşəkarlar bunun üçün var və onlar problemi peşəkar şəkildə həll edə bilərlər. Toksik münasibətlərdən qurtulmaq mümkündür. Sadəcə düzgün mütəxəssis seçmək və hər şeydən əvvəl özümüzü sosial şəbəkələrin ötürdüyü toksik nümunələrdən qorumaq lazımdır".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 904   Tarix: 08 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Sabah 23° isti olacaq

Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə

2 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Paytaxtda Zəfər gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Nərimanov rayonunda keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşları və struktur bölmələrinin işçiləri, şəhid ailələri və qazilər iştirak ediblər

3 noyabr
.

Azərbaycançılıq ideyası - milli birlik, dövlətçilik və vətənə sədaqətin ideoloji təməli

"Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, dövlətçilik ənənələrini və mənəvi dəyərlərini özündə birləşdirən fundamental ideoloji konsepsiyadır. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, həm də Azərbaycan cəmiyyətinin vahid məqsədlər ətrafında birləşməsinin, dövlə

2 noyabr
.

Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU

2 noyabr 2026-cı il tarixindən etibarən TəhsilPlus kartı olan təhsil işçiləri həftəiçi hər gün ictimai nəqliyyatda ilk gedişlərini cəmi 1 qəpiyə həyata keçirə biləcəklər. Təqdim olunan kampaniya təhsil işçiləri üçün əlavə güzəşt imkanı yaradacaq. "Azərbaycan müəllimi"nə istinadən xəbər veri

2 noyabr
.

Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir

Bakının Binə qəsəbəsində Bakıxanov-Binə-Qala dəmir yolu xəttinin bərpası layihəsi çərçivəsində tikinti ərazisinə düşən yaşayış evlərinin söküntüsü davam edir. Mülkiyyətçilərə kompensasiya ödənildikdən sonra boşaldılan evlər mərhələli şəkildə sökülür. -in məlumatına görə, artıq kompensasiya ödənilmi

2 noyabr