Masazır gölünə çirkab suları axıdanlar cərimələnəcəklər

Masazır gölünə çirkab suları axıdanlar cərimələnəcəklərXəbər verdiyimiz kimi, ölkənin ən böyük duz yataqlarından biri olan Masazır gölünə kanalizasiya suyu axıdılır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən "Qafqazinfo"ya bildirilib ki, duz gölünə tullantı su axıdan vətəndaşlar cərimələnəcəklər.

"Masazır gölünün ətrafında xeyli sayda əhali qeyri-qanuni olaraq məskunlaşıb. Həmin ərazidə İri Şəhərlərin Birləşmiş Su Təchizatının mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Lakin əhalinin qanunsuz olaraq çirkab sularının Masazır gölünə axıdılmasının qarşısını almaq üçün göl ətrafında 2 yerdə nasos stansiyası qurulub. Bu stansiyalar vasitəsilə çirkab sular Novxanı kollektoruna, oradan da Sumqayıt Tullantı Sutəmizləyici Qurğularına ötürülür.

Sözügedən çirkab su axıntısı isə Masazır gölündən aralı və səviyyəcə hündür olan təbii göldən gələn sudur. Həmin gölün də ətrafında qeyri-qanuni məskunlaşan əhali çirkab sularını qanunsuz olaraq gölə axıdırlar. Həmin gölün də səviyyəsi əhalinin qanunsuz olaraq axıtdığı çirkab suların hesabına artaraq Masazır gölünə tökülür.

Mərkəzləşdirilmiş tullantı suların axıdılması sisteminə çıxışı olmayan əhali qrupları tullantı suların idarə olunmasında alternativ və təhlükəsiz üsullardan yararlanmalı, mövcud qanunvericiliyin tələblərinə əməl etməlidirlər", - məlumatda vurğulanıb.

Xidmətdən bildirilib ki, əhali qrupu tərəfindən qeyd edilən tələblərə riayət edilmədikdə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxslər 600 manatdan 1000 manatadək məbləğdə cərimə edilir: "Mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi mövcud olmayan ərazilərdə tullantı suların idarə olunması "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları"nın 5-ci bəndinin tələblərinə uyğun olaraq həyata keçirilməlidir. Belə ki, kanalizasiya sisteminə qoşulmayan yaşayış sahələrindəki tullantı sularının yığılması məqsədilə yerüstü hissəsi qapaq və barmaqlıqla təmin olunub, divarları və dibi sukeçirməz olan, dərinliyi 3 metrdən artıq olmayan çirkab su quyusu hazırlanmalıdır. Bu quyular yaşayış binalarından, uşaq bağçalarından və məktəblərdən, uşaq oyunları meydançalarından və əhalinin istirahət yerlərindən mümkün qədər aralıda, 20 metrdən 100 metrə qədər məsafədə olmalıdır. Quyu dolma həddindən asılı olaraq yarım ildə bir dəfədən az olmamaq şərti ilə təmizlənməlidir.

Sözügedən ərazilər üzrə yaşayış məntəqələrində formalaşan tullantı sularının əhali qrupu tərəfindən ətraf mühitə, o cümlədən su və su təsərrüfatı obyektlərinə birbaşa axıdılması hallarının qarşısını almaq üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti müntəzəm olaraq reydlər keçirir və qanuna əməl etməyənlər barədə qanunauyğun şəkildə tədbir görürlər.

Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə ADSEA-nın sifarişi ilə təchizat sisteminin qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Layihələrin icrası şəbəkənin mövcudluğu, texniki vəziyyəti və digər amillər nəzərə alınmaqla həyata keçirilir. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 552   Tarix: 09 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr