ChatGPT-nin sağlamlıqla bağlı verdiyi məlumatlara güvənmək hansı riskləri doğura bilər? - HƏKİM AÇIQLADI
Süni intellekt bu gün həyatımızın bir çox sahəsinə daxil olub. Amma tibbdə istifadəsi hələ də mütəxəssislər arasında mübahisələrə səbəb olur. Çünki dəqiq diaqnoz üçün yalnız şikayətlər kifayət etmir, eyni zamanda fiziki müayinə, laborator analizlər və həkimin peşəkar qiymətləndirməsi zəruridir.
Bəs, süni intellektin verdiyi tibbi məlumatlara güvənmək nə qədər doğrudur?
Mövzu ilə bağlı Sonxeber.az-a Uzman Pulmonoloq Aynur Məmmədova danışıb.
O, açıqlamasında qeyd edib ki, heç bir süni intellekt həkim kimi differensial diaqnoz apara bilməz:
"Süni intellekt artıq dünyanın hər yerində və demək olar bütün sahələrdə tətbiq olunur. Amma hələ kifayət qədər inkişaf etməyib, xüsusilə də tibb sahəsində. Tibbdə yalnız simptomlar, yəni şikayətlər deyil, eyni zamanda fiziki və obyektiv müayinə də çox önəmlidir.
Məsələn, ağciyər xəstəliklərində xəstənin ağciyərlərini dinləmək vacibdir, amma ChatGPT-nin hazırda belə bir imkanı yoxdur. Həmçinin dərman istifadəsi ilə bağlı da risklər var. Elə insanlar var ki, sadəcə ChatGPT-də yazılanlara baxıb dərman qəbul edirlər. Halbuki heç bir süni intellekt həkim kimi differensial diaqnoz apara bilməz. Bu, çox çətindir və orada yazılan məlumatların yanlış olma ehtimalı da yüksəkdir. Yəni, ChatGPT-də deyilən hər bir məlumat doğru deyil.
Hazırda ChatGPT dəbdədir, insanlar şəxsi həyatları da daxil olmaqla bir çox şeyi orada bölüşürlər. Məsələn, bir həkim astma ilə bağlı təqdimat hazırlayarkən ChatGPT-dən istifadə etsə, həmin məlumat sistemdə qala bilər. Daha sonra başqa bir şəxs astma barədə sorğu verdikdə, ChatGPT həmin məlumatlardan istifadə edərək cavab təqdim edə bilər. Bu səbəbdən ChatGPT-yə tam güvənmək düzgün deyil".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1347 Tarix: 09 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr