"Azərbaycanda "başqaları" sanki, "sosial polis" funksiyası daşıyan mistik bir varlıqdır" - SOSİOLOQ

"Azərbaycanda "başqaları" sanki, "sosial polis" funksiyası daşıyan mistik bir varlıqdır" - SOSİOLOQ" "Başqaları nə deyər?" sindromu şərq toplumlarında, eləcə də Azərbaycan cəmiyyətində yeni bir fobiya deyil, yüz illər ərzində formalaşmış kollektiv mədəniyyətin düşüncə formasıdır. Ənənəvi icmalarda sosial həyatda fərdin davranışı daim kollektivin gözü ilə ölçülür. Yəni, sən təkcə özün üçün yaşamırsan, eləcə də ailən, sevdiklərin üçün yaşayırsan. Onları utandırmaq sənin üçün qəbuledilməz sayılır. Nəticədə isə, bəli, bəzən fərdi seçimlər cəmiyyətin kollektiv rəyinə qurban verilir".

Bu sözləri Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.

O, açıqlamasında qeyd edib ki, burada məsələ təkcə adət-ənənənin gücündə deyil, həm də zəif institutların boşluğunu cəmiyyət rəyinin doldurmasındadır:

"Qanun və qaydaların şəxsi azadlıqları tam qorumaqda aciz qaldığı yerlərdə sosial nəzarət, başqa cürə ifadə etsək, "camaat nə deyər?" sualı alternativ məhkəmə rolunu oynayır.

Bir az sarkazmla desək, Azərbaycanda "başqaları" sanki görünməz amma hər yeri müşahidə edən, "sosial polis" funksiyası daşıyan mistik bir varlıqdır. O sənin geyimindən tutmuş, evlənmə vaxtına, hətta neçə uşaq doğacağına qədər "protokol" hazırlayır, sən də bunlara əməl edirsən. Bu elə bir "protokol"dur ki, insanlar fərdi olaraq bu qanunları bəzən bəyənməsələr belə, çox vaxt bu protokola uyğun yaşamaqla həm qınaqdan, həm də ailə içi konfliktlərdən qaçdıqlarını düşünürlər.

Nəticə etibarilə, bu sindromun gücü fərdi azadlığın yoxluğundan və kollektiv mədəniyyətin dominantlığından qaynaqlanır. Həll yolu isə "başqaları nə deyər?" sualını "mən nə istəyirəm?" sualı ilə yavaş-yavaş əvəzləməkdir. Amma, etiraf edək ki, bu keçid kollektivist şərq mədəniyyətlərində inqilab deməkdir və heç də tez və asan baş verəcək bir dəyişim prosesi deyil".

Vüsalə İbrahimli


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 967   Tarix: 09 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr