Nazirlik hava ilə bağlı əhaliyə müraciət etdi

Nazirlik hava ilə bağlı əhaliyə müraciət etdiFövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

Bu barədə Sonxeber.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq həftəsonunadək ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır.

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:

"Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 749   Tarix: 10 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bəzi ərazilərdə 40 dərəcə isti olacaq: Həftənin ilk iş gününün HAVASI

İyulun 27-də gözlənilən hava şəraiti açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 24-27 isti

26 iyul
.

İsti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) iyulun 25-29-da Azərbaycanda gözlənilən isti hava şəraiti ilə əlaqədar sürücüləri daha diqqətli olmağa, səhhətlərini və nəqliyyat vasitələrinin texniki vəziyyətini nəzərə alaraq hərəkət etməyə çağırıb. xəbər verir ki, bu barədə İdarə məlumat yayıb. Qeyd olunub ki

25 iyul
.

Dənizdə batan Elgünün ailəsi fəryad etdi - VİDEO

Mərdəkanda dənizdə batan 22 yaşlı gəncin axtarışları davam edir. Məlumata görə, gənc dostları ilə birlikdə Mərdəkan çimərliyinə gedib və dənizdə batıb. Hadisədən sonra ərazidə axtarışlara başlanılıb. Səkkiz gündür davam edən əməliyyatlara baxmayaraq, Elgün Qarayevdən hələ də xəbər yoxdur. Onun atas

24 iyul
.

Azərbaycan I yarımildə 41 min tona yaxın xurma ixrac edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 32 milyon 99 min ABŞ dolları dəyərində 40 min 527 ton xurma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, dəyər baxımından 847 min dollar (2,6 , həcm baxımından isə 5 min 307 ton (11,6 %) azdır. Hesabat dövründə xurma ixracında

26 iyul
.

Dənizə getmək istəyənlər oxusun

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, bu gün çimərliklərdə şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba

25 iyul
.

Sürücülər şikayətçidir: Skuterlər hərəkətə mane olur

Bakının müxtəlif ərazilərində mikromobillik imkanlarının artırılması məqsədilə velosiped və skuter istifadəçiləri üçün xüsusi zolaqlar və parklanma sahələri yaradılıb. xəbər verir ki, lakin bəzi istifadəçilər skuterləri nəzərdə tutulan dayanacaq yerlərində saxlamaq əvəzinə, onları səkilərdə, yol kənarlarınd

25 iyul
.

Azərbaycan I yarımildə 4 milyon dollar dəyərində nar ixrac edib

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 4 min 575 ton nar ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə narın dəyəri 3 milyon 99 min ABŞ dolları olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 452 ton (9 , dəyər baxımından isə, 299 min dolla

25 iyul
.

41 dərəcə isti gözlənilir - Suda sərinləmək istəyənlərin diqqətinə

"Bu gün və sabah ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında qızmar isti müşahidə olunacağı, bəzi yerlərdə temperaturun 41 dərəcəyə qalxacağı gözlənilir. Belə hava şəraitində, xüsusilə həftəsonları vətəndaşlar istirahət üçün kütləvi şəkildə su hövzələrinə üz tuturlar. Lakin təəssüfl

25 iyul
.

Ağaclara və evlərə zərərvericilər daraşıb - Rəsmi açıqlama

Lənkəranda ağaclara kütləvi şəkildə zərərvericilər daraşıb. Bununla bağlı "Qafqazinfo"ya müraciət edən rayon sakinləri bildirib ki, onlar bütün ağacları kökündən yeyir və təsərrüfata ziyan vurur. Vətəndaşlar qeyd edirlər ki, həmin ağ rəngli həşəratlar ağaclardan əlavə, evlərin divarlarına d

24 iyul