14 yaşlı qız nişanlandı - Atası ilə bəy həbs edildi-Yenilənib
Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.
Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib. Burada məlumatlar dəqiqləşdirilərkən 14 yaşlı qızın 1987-ci il təvəllüdlü atası H.Fərzəliyev qışqıraraq söyüş söyməyə, qızı ilə nişanlanan oğlanın atasını təhqir etməyə başlayıb.
O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə "Həri" məclisinin olduğunu deyib.
İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzəliyev 8 sutkalıq həbs edilib.
***
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şirvan regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, daxil olmuş məlumatla əlaqədar şöbə əməkdaşları tərəfindən dərhal qanunvericiliyə uyğun olaraq tədbirlər həyata keçirilib: "Hər iki tərəf polis şöbəsinə dəvət olunub. Araşdırmalarla bəyin 20, qızın isə 14 yaşı olması müəyyən edilib. Ailələrlə izahedici söhbətlər aparılıb və qeyd edilən halın qanunla qadağan olunduğu izah edilib.
Lakin həmin vaxt yeniyetmə qızın valideyni H.Fərzəliyev, eləcə də bəy E.Məmmədli səs-küy salaraq, polisin xidməti fəaliyyətinə mane olublar. Onları nizam-intizama dəvət etsələr də, həmin şəxslər hərəkətlərini davam etdirərək, ictimai qaydanı pozublar. H.Fərzəliyev və E.Məmmədli barədə İXM-nin müvafiq maddəsi ilə protokol tərtib olunub və məhkəməyə göndərilib.
Onlar məhkəmənin qərarı ilə inzibati qaydada 8 sutka həbs olunublar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2637 Tarix: 10 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr