Azərbaycanda yeni nazirlik yaradılacaq?
Xəbər verdiyimiz kimi, dünən Süni İntellekt Akademiyasının açılışı böyük maraqla qarşılandı.
Bu təşəbbüs süni intellekt sahəsində təhsil, inkişaf imkanlarını genişləndirməklə yanaşı, gələcəkdə bu sahəni idarə edəcək nazirlik və ya agentliyin yaradılması ehtimalını da gündəmə gətirir.
Maraqlıdır, gələcəkdə Azərbaycanda Süni İntellekt Nazirliyi, yaxud da Süni İntellekt Agentliyi yaradıla bilər?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən İKT üzrə ekspert Elvin Abbasov bildirib ki, Azərbaycanda süni intellekt üzrə ayrıca qurumun yaradılması mümkündür:
"Dünyada süni intellektin tətbiqi və idarə olunması sürətlə genişlənir, buna görə də bir çox ölkələrdə ayrıca qurumların yaradılması gündəmə gətirilir.
Azərbaycanda Süni İntellekt Akademiyasının açılması əslində bu sahənin prioritet elan olunmasının göstəricisidir.Gələcəkdə süni intellekt üzrə ayrıca nazirlik və ya agentlik qurulması ehtimaldan kənarda deyil. Çünki bu texnologiya yalnız texniki tərəflə məhdudlaşmır, həm iqtisadiyyat, həm hüquq, həm də təhlükəsizlik aspektləri var.
Məsələn, Avropa İttifaqında süni intellekt üçün ayrıca hüquqi çərçivə hazırlanır, Çində isə dövlət səviyyəsində süni intellekt üzrə milli strategiya icra olunur. Azərbaycanda da analoji yanaşma ola bilər".
Ekspert qeyd edib ki, belə bir qurumun yaradılması üç səbəbdən aktuallaşa bilər:
"Normativ-hüquqi tənzimləmə fərdi məlumatların qorunmasını, etik qaydaları və hüquqi məsuliyyəti əhatə edir. Bundan əlavə sektorun inkişafı, yəni startapların dəstəklənməsi, kadr hazırlığı və dövlət və özəl əməkdaşlığının koordinasiyası ilə bağlıdır.
Həmçinin, milli təhlükəsizlik və strateji maraqlar isə kritik infrastrukturda süni intellektin tətbiqinin idarə olunmasını tələb edir. Bu gün üçün belə bir qurum olmasa da, gələcəkdə süni intellektin iqtisadi və sosial təsiri artdıqca ayrıca agentliyin və ya hətta nazirliyin yaradılması tamamilə real görünür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 9155 Tarix: 10 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr