Bakıda atasının "AA" seriyalı "Land Rover"ini sürən yeniyetmə cəzalandırıldı
Bakıda "Land Rover" markalı, "AA" dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, avtomobili idarə edən 2008-ci ildə Bakı şəhərində anadan olmuş, Masallı rayonunda qeydiyyatda olan Zeynalov İbrahim İsmayil oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 342.9-cü maddələri ilə protokol tərtib olunub.
Aparılan araşdırma zamanı İbrahim Zeynalovun nəqliyyat vasitəsinin etibarnamə və sürücülük hüququ olmadan idarə etdiyi müəyyənləşib. Həmçinin "Land Rover" markalı nəqliyyat vasitəsinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs işıq siqnalları ilə təchiz edildiyi aşkarlanıb.
Məhkəmə iclasında iştirak edən şəxs özünü təqsirli bilərək, atası İsmayil Zeynalova məxsus nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyini deyib.
Məhkəmənin qərarı ilə avtomobildə qurlaşdırılan xüsusi (çox avazlı) səs siqnalı dövlət nəfinə müsadirə edilməklə İbrahim Zeynalov barəsində 500 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilib.
Qeyd edək ki, İbrahim Zeynalovun atası İsmayil Zeynalovun iş adamı olduğu deyilir və rayonda Hacı İsmayıl kimi tanınır.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7414 Tarix: 10 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ölkədə məktəblər sentyabrın 1-i başlayacaq? - Məsələ GÜNDƏMDƏ
Uzun müddətdir müzakirə olunan məsələlərdən biri də dərslərin 1 sentyabrda başlayıb 25 mayda başa çatdırılması ilə bağlıdır. Bir çox valideyn hesab edir ki, iyun ayında havaların isti keçməsi uşaqların dərs prosesində çətinlik çəkməsinə səbəb olur. Tədris ilinin əvvəlki qaydada təşkil olunması və dərsləri
6 iyunAnormal təbiət hadisələri gəlir
Birləşmiş Millətlər Təşkilatı yaxın aylarda formalaşması gözlənilən El Nino hava hadisəsi ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, bu proses qlobal temperaturun daha da yüksəlməsinə və ekstremal hava hadisələrinin artmasına səbəb ola bilər. xəbər verir ki, Ümumdünya Meteorologiya Təşkilatının açıqlamasın
5 iyunZərgərpalan küçəsindəki söküntü ilə bağlı iddialara - Rəsmi cavab
Yasamal rayon İcra Hakimiyyəti Yasamalda yerləşən mənzilin naməlum şəxslər tərəfindən sökülməsi ilə bağlı iddialara münasibət bildirib. Qurumdan -a verilən məlumatda bildirilib ki, bu məlumatlar əsassızdır. "Bəzi sosial şəbəkələrdə vətəndaşa məxsus Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəs
6 iyunI sinif üzrə məktəblərdə boş qalan yerlərə qəbul başlayır
Bu gün I sinif üzrə prioritet məktəblərdə boş qalan yerlərə qəbul başlayır. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, 5 iyun 2026-cı il saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən üstünlü
5 iyunTənqidə qarşı həddindən artıq həssaslığın səbəbi nədir? - AÇIQLAMA
İnsanlar gündəlik həyatda ailə üzvlərindən, dostlarından, iş yoldaşlarından və ya rəhbərlərindən müxtəlif formalarda tənqidlərlə qarşılaşırlar. Bəziləri bu iradları sakit qarşılayaraq özünü inkişaf etdirmək üçün fürsət kimi dəyərləndirsə də, digərləri ən kiçik tənqidi belə şəxsi hücum kimi qəbul edir
5 iyunBakıda ŞOK ANLAR: Küçənin ortasında avtobusu saxladıb hücum etdi - VİDEO
Bakıda ictimai nəqliyyatda xoşagəlməz hadisə baş verib. xəbər verir ki, insident Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsində qeydə alınıb. Belə ki, 61 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən "Otokar" markalı avtobusun qarşısını dayanacaqdan kənar yerdə kəsərək saxladan qadın sərnişi
5 iyun