""Daxili qoşunlar haqqında" yeni qanun layihəsi vətəndaşlarımızın təhlükəsizliyinin tam təmin olunmasında mühüm rol oynayacaq"

""Daxili qoşunlar haqqında" yeni qanun layihəsi vətəndaşlarımızın təhlükəsizliyinin tam təmin olunmasında mühüm rol oynayacaq"Xəbər verdiyimiz kimi Daxili qoşunların fəaliyyətinə nəzarət qaydaları müəyyənləşir. Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev senyabrın 9-da keçirilən komitə iclasında "Daxili qoşunlar haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Komitə sədri qeyd edib ki, "Daxili qoşunlar haqqında" yeni qanun layihəsində daxili qoşunların fəaliyyət istiqamətləri dəqiqləşdirilib və genişləndirilib:

"Yeni layihədə daxili qoşunlar, döyüş texnikası, fəal mühafizə və fərdi qoruyucu mühafizə vasitələri, fiziki qüvvə, xüsusi silah və sair kimi anlayışlar təsbit olunub. Bununla yanaşı, təqdim olunan layihədə daxili qoşunların fəaliyyəti ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın səlahiyyətləri və daxili qoşunların fəaliyyətinin təmin edilməsi tədbirləri nəzərdə tutulub.

Layihədə daxili qoşunların komandanın səlahiyyətləri sadalanıb, daxili qoşunların maliyyə və maddi-texniki təminatı, daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin təhlükəsizliyi təminatları barədə müddəalar yer alıb. Yeni layihəyə əsasən, daxili qoşunlar komandanının daxili işlər nazirinin müavini olması ilə bağlı müddəa nəzərdə tutulmayıb. Lakin qüvvədə olan Qanunda daxili qoşunların komandanının daxili işlər nazirinin müavini olduğu nəzərdə tutulub.

Təklif edilən digər maddəyə əsasən isə daxili qoşunların fəaliyyətinə ümumi nəzarətin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən, idarədaxili nəzarətin isə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və daxili qoşunların komandanlığı tərəfindən həyata keçirilməsi nəzərdə tutulur".

Bununla bağlı Sonxeber.az-a danışn deputat Cavanşir Paşazadə bildirib ki, , "Daxili qoşunlar haqqında" yeni qanun layihəsində daxili qoşunların fəaliyyət istiqamətlərini dəqiqləşdirmələ yanaşı həm də genişləndirəcək:

"Yeni layihədə daxili qoşunlarla bağlı bütün məsələlər döyüş texnikası, fəal mühafizə və fərdi qoruyucu mühafizə vasitələri, fiziki qüvvə, xüsusi silah və sair kimi anlayışlar təsbit olunub. Bundan əlavə qanun layihəsində daxili qoşunların fəaliyyəti ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın səlahiyyətləri və daxili qoşunların fəaliyyətinin təmin edilməsi tədbirləri nəzərdə tutulub. Ən önəmlisi isə daxili qoşunların fəaliyyətinin ümumi nəzarətin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən, idarədaxili nəzarətin isə müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) rəhbəri və daxili qoşunların komandanlığı tərəfindən həyata keçirilməsi nəzərdə tutulmasıdır".

Deputat vurğulayıb ki, hazırda müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsində daxili qoşunların hərbi qulluqçuları tərəfindən odlu silahın tətbiqi şərtləri müəyyənləşir:

"Layihəyə əsasən, odlu silahın xəbərdarlıq edilmədən tətbiq edildiyi hallar və birdən-birə gözlənilməz hücum halı istisna olmaqla, odlu silah tətbiq edilməzdən əvvəl səslə və ya havaya atəş açmaqla silah işlədiləcək şəxsə xəbərdarlıq edilməlidir.Eləcə də layihəyə əsasən, daxili qoşunların hərbi qulluqçularının və onların ailə üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə onların xidmət və yaşayış yeri barədə məlumatların mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılmasına yol verilməyəcək. Daxili qoşunların xidməti fəaliyyəti barədə məlumat yalnız daxili qoşunlar komandanının razılığı ilə veriləcək.

Qanun layihəsinə əsasən Daxili qoşunların maliyyələşdirilməsi Azərbaycan dövlət büdcəsində ayrıca sətirlə müəyyən ediləcək. Daimi yerləşdiyi yerlərdən kənarda xidməti vəzifələrin yerinə yetirilməsinə cəlb olunmuş daxili qoşunların hərbi qulluqçularının xidməti yaşayış sahələri, kommunal xidmətlər, rabitə xətləri və kanalları, nəqliyyat vasitələri, yanacaq-sürtgü materialları, əlavə qida məhsulları ilə təmin edilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək. Eləcə də İnzibati xəta və ya cinayət törətmiş və ya törətməkdə şübhəli bilinən, yaxud barəsində həbs qətimkan tədbiri seçilmiş, axtarışda olan və ya cəzaçəkmə müəssisəsindən qaçmış şəxsləri Daxili qoşunların hərbi qulluqçuların saxlamaq hüququ olacaq. Həmçinin fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimini, habelə dini ekstremizm və terror əleyhinə aparılan xüsusi əməliyyat zonalarının hüquqi rejimini pozmuş şəxsləri;
daxili qoşunlar tərəfindən mühafizə olunan obyektlərə qanunsuz daxil olmağa cəhd edən və ya daxil olmuş şəxslər də bu siyahıya daxildir. Bir sözlə "Daxili qoşunlar haqqında" yeni qanun layihəsi vətəndaşlarımızın təhlükəsizliyinin qorunmasında mühüm rol oynayacaq. Buna görə də yeni qanun layihəsinin qəbul edilməsini vacib hesab edirəm".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1334   Tarix: 10 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah bu yolun bir hissəsi bağlanacaq

Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir

2 noyabr
.

Sərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto

DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə

2 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr
.

Leylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat

Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor

3 noyabr
.

Hamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu

Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib

2 noyabr
.

Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var

Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl

2 noyabr
.

Maaş naminə təhqirə dözmək: İş yerində psixoloji zorakılıq - PSİXOLOQDAN AÇIQLAMA

İş həyatında hər kəs peşəkar münasibət, hörmət və sağlam kollektiv mühiti gözləyir. Lakin bəzi hallarda rəhbər vəzifələrdə çalışan şəxslər öz səlahiyyətlərindən istifadə edərək əməkdaşlara psixoloji təzyiq göstərir, onları təhqir edir, alçaldır və şəxsiyyətlərinə toxunan ifadələr işlədirlər. İşini v

2 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)

Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt

2 noyabr