MİQ imtahanı ödənişli olacaq
Azərbaycanda müəllimlərin işə qəbulu (MİQ) üzrə imtahan ödənişli olacaq.
Sonxeber.az-ın Modern.az-a istinadən məlumatına görə, məsələ ilə bağlı müzakirələr aparılıb və tezliklə bu barədə ictimaiyyətə məlumat veriləcək.
İmtahanın qiyməti hələlik məlum deyil, bir sıra həssas qrupa məxsus şəxslərin ödənişdən azad ediləcəyi bildirilir.
Məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri saytımıza açıqlamasında bildirib ki, sözügedən məsələ təhsil ictimaiyyətinin iradlarına səbəb ola bilər.
"Etiraf edim ki, onları bu iradlarında tam haqlı hesab etmək olar. Amma hələ ki praktiki olaraq nəsə baş verməyib və ümid edək ki, bu hal heç yaşanmayacaq", - o qeyd edib.
E.Nuri bu yeniliyin - MİQ müsabiqəsinə qatılacaq müəllim və namizədlərdən qeydiyyat məqsədilə hər hansı ödəniş tələbinin doğru yanaşma olmadığını bildirib:
"Bildiyimə görə, dünya təcrübəsində belə bir praktika yoxdur. İndi bizdə bu yanaşmanın MİQ-ə hansı zərurətdən tətbiq olunmasını anlaya bilmirəm. Bu prosesi DİM daxilindəki imtahanlarla eyniləşdirə bilmərik. Çünki DİM dövlət qərarına əsasən, hüquqi cəhətdən publik-hüquqi şəxsdir və onun özünü maliyyələşdirmə müstəqilliyi var. Lakin MİQ müsabiqəsi bütün 4 mərhələsi ilə birlikdə Elm və Təhsil Nazirliyi tərəfindən təşkil olunur. Təhsil siyasətinin əsas icraçı qüvvəsi olan nazirlik isə bu müsabiqələr üçün bəlli büdcə ayırır. Elə olan təqdirdə biz nədən müəllimlərdən MİQ-də iştirakları üçün ödəniş tələb etməliyik?!"
Onun sözlərinə görə, onsuz da son illər MİQ müsabiqəsi, onun faydalılığı ilə bağlı birmənalı fikirlər səslənilmir. MİQ-in xüsusən də vakansiya mərhələsindəki "sərt qaydalar" bu müsabiqəyə olan inamı xeyli sarsıdıb. Belə olan təqdirdə bu cür qərarın verilməsi isə sadəcə doğru hesab edilə bilməz:
"Son illərdə MİQ müsabiqəsinin az ala bütün mərhələləri (test imtahanı, müsahibə, vakansiya) ilə bağlı müəllim və namizədlər arasında çox ciddi narazılıqlar var. Bu il isə xüsusən də vakant yerlərin hədsiz azlığı, 92-93 ballıq nəticə göstərənlərin belə işlə təmin oluna bilməməsi müsabiqə ilə bağlı narazılıqları xeyli artırıb. Belə olan təqdirdə müsabiqədə iştirakın ödənişli əsaslarla olması narazılıqdan da çox, inciklik yaradacaq. Biz müəllim peşəsinə, bu peşəni seçən şəxslərə kifayət qədər həssas yanaşma sərgiləməliyik. Lakin bu yenilik nəinki MİQ-ə, həm də ümumilikdə müəllimlik ixtisasına olan marağı xeyli azalda bilər. Odur ki, on minlərlə müəllim kimi, mən də bu qərarla heç cür razı ola bilmərəm".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1138 Tarix: 10 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah bu yolun bir hissəsi bağlanacaq
Hövsan-Türkan avtomobil yolunda bir müddətdir aparılan təmir işləri çərçivəsində noyabrın 3-də saat 07:00-dan 23:00-dək yolun kanal yaxınlığında yerləşən hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir
2 noyabrSərhədçilərə atəş açan şəxs zərərsizləşdirildi - Foto
DSX-nin Sərhəd Qoşunlarının "Göytəpə" sərhəd dəstəsinin xidməti ərazisində dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən sərhəd pozucularının İrandan Azərbaycan istiqamətinə hərəkəti müşahidə edilib. "Qafqazinfo" Xidmətin Mətbuat Mərkəzinə istinadən xəbə
2 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabrLeylan Nəsirova vəzifəsindən azad olundu - Yeni təyinat
Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktoru Leylan Nəsirova vəzifəsindən azad olunub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Leylan Nəsirova digər əmrlə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub. Beyləqan Rayon Mərkəzi Xəstəxanasının direktor
3 noyabrHamamda işləyən şəxs özünü başçının adamı kimi təqdim etdi - Həbs olundu
Bakıda tikintiyə icazə alacağına söz verərək vətəndaşdan 50 min manat alan şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü Bakı sakini R.Y. Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib. O, paytaxtda fəaliyyət göstərən "Padişah" hamamında ofisiant işləyib
2 noyabrAzərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
Gəncədə Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsində korrupsiya əməliyyatı keçirildiyi bildirilir. "Bakupost"a istinadən xəbər verir ki, əməliyyat Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilib. Əməliyyat zamanı idarənin Rüfət adl
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabr"Kəmalə-Nərmin" restoranından şikayət (VİDEO)
Kimisi tüstüdən, kimisi qoxudan narahat olduğunu deyir. Görüntülər paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisindəndir…. Xəzər TV-yə göndərilən videogörüntülərdə vətəndaş iddia edir ki, "Kəmalə-Nərmin" restoranından (Narmin Palace) ətrafa yayılan tüstü nəinki mənzillərdə hiss olunur, hətt
2 noyabr