Lüks maşın almaq istəyənlər yarım milyon itirdi - Üç nəfər həbs olundu
Amerika Birləşmiş Ştatlarından avtomobil gətirib satanlar həbs ediliblər.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, dilerlər yarım milyonluq dələduzluqda təqsirli biliniblər.
Şikayətlər əsasında 34 yaşlı Tapdıq Qarayev, 33 yaşlı Orxan Şükürov və 24 yaşlı Bəylər Əhmədzadə polis əməkdaşları tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. İlk iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Onlardan Bəylər hadisə vaxtı ADA Universitetinin tələbəsi olub. O, Orxanla elə avtomobil almaq məqsədilə tanış olub. Sonradan birlikdə işləməyə razılaşıblar.
İstintaq materiallarına əsasən, 2023-cü ildən Orxan Şükürov, Tapdıq Qarayev və Bəylər Əhmədzadə "Bidgroup.az" adlı instaqram səhifəsi vasitəsilə vətəndaşlara ABŞ-dən avtomobil gətirib satmağı təklif ediblər. Onlar özlərini "Lion Trans" şirkətinin dileri kimi təqdim edərək "Jeep Wrangler", "BMW F10", "BMW X7", "Range Rover" və "BMW G30" kimi lüks avtomobilləri 2-3 ay ərzində gətirəcəklərini bildiriblər.
Zərərçəkmiş qismində tanınmış Əflatun Həsənov, Elsevər Hüseynov və Kənan Sahibov sifarişlər üçün ümumilikdə yarım milyon manata yaxın pul ödəyib. Lakin avtomobillər gətirilməyib və alıcılar aldadılıb.
Təqsirləndirilən şəxslər məhkəmədə özlərini təqsirli bilməyiblər. Əvvəlcədən uzun müddət problemsiz avtomobil gətirdiklərini, sonradan borc və başqa problemlərlə qarşılaşdıqlarını deyiblər. Onlar avtomobillərin gətirib təhvil verilməməsinə görə istintaqdan kənarda qalan başqa şəxslərin də məsuliyyət daşıdığını iddia ediblər.
Zərərçəkmişlər isə dəymiş ziyanın hələ də ödənilmədiyini bildiriblər.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi yekunda ittihamı əsaslı hesab edib. Hakimlər belə qənaətə gəlib ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır.
Hökmə əsasən, Orxan Şükürov və Tapdıq Qarayev 7 il, Bəylər Əhmədzadə isə 6 il 6 ay müddətə azadlıqdan məhrum ediliblər. Tələbəlik dövründə cinayət törədən Bəylər məhkəmə zalında həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1192 Tarix: 17 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabr