Həkim kimi adı siyahıda olmadı - Bu yola əl atdı
Adı plastik cərrah kimi işləməyə icazəsi olan həkimlərin siyahısına daxil edilməyən tanınmış həkim Dilqəm Məhərrəmov yeni yola əl atıb.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, D.Məhərrəmov Azərbaycan Tibb Universitetində əcnəbi vətəndaşlar üçün keçirilən rezidentura pilləsinə qəbul imtahanında iştirak edib. Müxtəlif ixtisaslar üzrə sənəd təqdim edən 41 namizəd arasında onun da olması marağa səbəb olub. D.Məhərrəmov və digərləri yalnız Azərbaycan dili imtahanında iştirak ediblər və daha sonra müsabiqəyə buraxılıblar.
Onun əcnəbi ölkə vətəndaşı olmasına dair məlumat indiyədək ictimailəşməmişdi. D.Məhərrəmovun hansı ölkənin vətəndaşı kimi imtahana qatılması isə bilinmir.
O da iddia edilib ki, Azərbaycan Beynəlxalq Universitetində təhsil almış D.Məhərrəmovun, ümumiyyətlə, cərrah kimi təhsili yoxdur.
Qeyd edək ki, ötən ilin oktyabrından başlayan plastik cərrah qalmaqalında ən çox adı çəkilən həkimlərdən biri də Dilqəm Məhərrəmovdur. "Baku Medical Plaza"da bir çox məşhur şəxsləri əməliyyat etmiş D.Məhərrəmovun daha sonra plastik cərrah kimi fəaliyyətinə qadağa qoyulmuşdu. Belə ki, Səhiyyə Nazirliyi plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyəti göstərməyə icazəsi olan həkimlərin siyahısını açıqlayarkən onun adı olmayıb. Həmin vaxt D.Məhərrəmov açıqlama verərək qərarın onu təəccübləndirdiyini və adının yaxın vaxtlarda siyahıya əlavə ediləcəyini deyib. Lakin xeyli müddət keçsə də, bu baş verməyib.
Bu arada əlavə edək ki, ATU-ya Azərbaycan vətəndaşları üçün rezidenturaya qəbul imtahanları ən çətin imtahanlardan biri sayılır. Əcnəbi vətəndaşlar isə yalnız dil biliyi yoxlanılmaqla müsabiqəyə buraxılırlar. İmtahan nəticələrinin yaxın günlərdə elan ediləcəyi bildirilir.
Onu da qeyd edək ki, D. Məhərrəmovun həyat yoldaşı Nərgiz Əhmədova da plastik cərrahdır və sözügedən siyahıda adı yoxdur.


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 992 Tarix: 18 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabr