Bu maşınlar bahalaşacaq: 3-4 min manat fərq olacaq
Hazırda avtomobil bazarında maşın satmaq istəyənlər üçün acınacaqlı, almaq üçün isə əlverişli şərait yaranıb.
Milli.Az-ın məlumatına görə yeni hibrid maşınlar üçün tətbiq olunan güzəştlər ikinci əl maşınların bazarını xeyli "öldürüb". 18-30 min arası qiymətə yeni Çin avtomobillərinin təklif edilməsi ənənəvi markalara ( Mercedes, BMW, Toyota, Hyundai, Kia və s. ) marağı kəskin azaldıb.
Bakıda insanların günün 4,5 saatını tıxacda keçirdiyini nəzərə alsaq benzin mühərrikli maşınlar lap arxa plana keçib. Demək olar ki, benzinlə işləyən maşınları alan yoxdur. Bu səbəbdən də bu maşınların qiymətində 5-6 min manata yaxın ucuzlaşma hiss olunur.
Lakin, hibrid avtomobillər üçün tətbiq olunan güzəştlər bu ilin sonuna kimi nəzərdə tutulub. Güzəşt müddətinin uzadılması gözlənilsə də, uzadılmamaq ehtimalı da var. Güzəşt müddəti uzadılarsa avtomobil parkı tam yenilənəcək, ili köhnə maşınlar isə "su qiymətinə" düşəcək. Yox əgər, güzəşt müddəti uzadılmasa onda həm Çin maşınları, həm də digər ikinci əl maşınlar kəskin bahalaşacaq. Ekspertlər düşünür ki, hibrid maşınlar üçün güzəşt müddəti uzadılmasa ikinci əl maşınların qiyməti 3-5 min manat artacaq.
Məlum məsələdir ki, müştərilər Çin maşınlarını ucuz olduğuna görə alırdılar. Çin maşınlarının qiyməti gömrük rüsumuna görə artsa, ənənəvi markaların bazarı xeyli canlanacaq. Bu səbəbdən də ikinci əl maşın satan şəxslərə səbr etmələri, ikinci əl maşın almaq istəyənlərə isə mövcud ucuzlaşmanı dəyərləndirmək tövsiyyə olunur.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin ilk 8 ayında Azərbaycana 733 milyon dollar dəyərində 37 183 ədəd hibrid mühərrikli avtomobil idxal edilib. Bu isə ötən illə müqayisədə 2.7 dəfə artım deməkdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2927 Tarix: 19 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabr