"Yas üçün dəvətnamə paylanması mərasim evi sahiblərinin maddi maraqlarına xidmət edir" - AÇIQLAMA
Artıq yas mərasimləri üçün də xüsusi dəvətnamələr hazırlanır. Əvvəllər insanlar əsasən xoş günlərini paylaşmaq münasibətilə qonaqlara dəvətnamə göndərirdilərsə, indi kədərli anlarında da yanlarında olmaqlarını istədikləri adamlara dəvətnamə göndərirlər.
Şəhər sakinləri bu halla bir neçə dəfə qarşılaşdıqlarını və xoş qarşılamadıqlarını bildiriblər.
Bəs görəsən yas mərrasimlərində dəvətnamə paylanması nə dərəcədə doğrudur?
Sosioloq Üzeyir Şəfiyev mövzu ilə bağlı Sonxeber.az -a açıqlama verib:
"Yas və toy mərasimlərində insanların bir-birinin yanında olması, həmrəyliyi qoruması ənənələrimizin əsas dəyərlərindəndir. Lakin bu dəyərlərin bəzi işbazlar tərəfindən gəlir mənbəyinə çevrilməsi cəmiyyətdə narazılıq yaradır. Xalq arasında belə bir deyim var: "Sevinc paylaşanda çoxalır, kədər paylaşanda azalır". İnsanların bir-birinin sevincli və kədərli günlərində yanında olması, mənəvi dəstək göstərməsi təbiidir və vacibdir. Amma xüsusən yas mərasimlərində dəvətnamə paylanması, bu məsələnin kommersiya maraqlarına yönləndirilməsi nə mənəvi dəyərlərimizə, nə də insani münasibətlərə uyğundur. Yas mərasimi sahibinin borcu yaxın dostlarını dəvətlərlə yığmaq deyil, onların onsuz da könüllü şəkildə yanında olmasıdır. Çətin gündə insanın yanında olmaq üçün dəvətnaməyə ehtiyac yoxdur. Əksinə, bu, həm mərasim sahibini əlavə çətinliyə salır, həm də insanlar arasında səmimiyyətin azalmasına gətirib çıxarır. Bizim cəmiyyətimizdə əsas qayə həmrəyliyi qorumaq, ən çətin anlarda bir-birinə dəstək olmaqdır. Bunun üçün dəvət kağızına yox, səmimiyyətə və mərhəmətə ehtiyac var"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2185 Tarix: 19 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabr