"Fəvvarələr meydanı"nda sərxoş halda skuter sürən şəxs həbs edildi
Bakının mərkəzində sərxoş halda skuter sürərək ictimai asayişi pozan gənc məsuliyyətə cəlb edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Nizami küçəsinin "Fəvvarələr meydanı"ndan keçən hissəsində qeydə alınıb.
Polis əməkdaşları səhər saat 06 radələrində bir neçə nəfərin meydanda qışqıraraq danışdığını görüb və onlara yaxınlaşıb. Həmin şəxslərə qeyd edilən saatda səs-küy salmağın yolverilməz olduğu, həmçinin bu ərazinin skuter sürmək üçün təyin edilmədiyi deyilib.
Lakin həmin şəxslərdən 2000-ci il təvəllüdlü S.Balayev mübahisə edərək əməllərinə davam etməyə başlayıb. O, saxlanılaraq 9-cu Polis Bölməsinə aparılıb və sərxoş halda olması müəyyən edilib.
Barəsində inzibati protokol tərtib edilən 25 yaşlı oğlana rayon məhkəməsinin qərarı ilə 8 sutkalıq inzibati həbs verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 520 Tarix: 22 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər rayondan Bakıya GƏLMƏYƏCƏKLƏR - SƏBƏB
Son illərdə regionların inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilsə də, rayonlarda işsizlik, aşağı gəlir və gənclərin böyük şəhərlərə üz tutması hələ də aktual problemlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, bölgələrdə iqtisadi fəallığın artırılması və yeni imkanların yaradılmas
6 iyunBu şəxslər metro və avtobuslarda pulsuz gedə bilər - GÖZLƏNİLƏN QƏRAR
Bir çox ölkələrdə sosial həssas qrupların ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq üçün müxtəlif güzəştlər tətbiq edilir. Tələbələr, əlilliyi olan şəxslər və yaşlılarla yanaşı, hamilə qadınlar üçün də xüsusi nəqliyyat imtiyazları mövcuddur. Son olaraq Rusiyada hamilə qadınların bütün ictimai nəqliyya
7 iyunSosial şəbəkələrlə bağlı tələbləri pozanlar cərimələnəcək
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 388-4-cü maddədə əksini tapıb. Layihəyə əsasən, "İnformasiya, informasiyalaşdırma v
6 iyunBu ərazidə pensiyalar tam verildi
Naxçıvan Muxtar Respublikası üzrə iyun ayının pensiya ödənişləri yekunlaşıb. xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Belə ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının pensiya ödənişi başa çatdırılı
6 iyunTənqidə qarşı həddindən artıq həssaslığın səbəbi nədir? - AÇIQLAMA
İnsanlar gündəlik həyatda ailə üzvlərindən, dostlarından, iş yoldaşlarından və ya rəhbərlərindən müxtəlif formalarda tənqidlərlə qarşılaşırlar. Bəziləri bu iradları sakit qarşılayaraq özünü inkişaf etdirmək üçün fürsət kimi dəyərləndirsə də, digərləri ən kiçik tənqidi belə şəxsi hücum kimi qəbul edir
5 iyun