Kapitan Bakı aeroportuna göyərtədə həyəcan siqnalı barədə sorğu göndərdi
Bu gün Ankara - Bakı müntəzəm reysini həyata keçirən "Ajet" aviaşirkətinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportunun aidiyyəti qurumlarına göyərtədə həyəcan siqnalı barədə sorğu göndərib.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanı məlumat yayıb.
Bildirilib ki, təyyarə yerli vaxtla saat 15:55-də Bakı hava limanına təhlükəsiz eniş edib.
Beynəlxalq təhlükəsizlik protokollarına uyğun prosedurlar dərhal icra olunub. Araşdırma nəticəsində müəyyən edilib ki, siqnal əsassız olub və hər hansı təhlükə qeydə alınmayıb.
"Sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi hər zaman prioritetdir.
Əlavə olaraq bildiririk ki, baş vermiş hadisə Heydər Əliyev Beynəlxalq Aeroportunun əməliyyat proseslərinə təsir göstərməyib. Bütün uçuşlar qrafikə uyğun şəkildə davam edir", - məlumatda vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1629 Tarix: 22 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ baş verib. xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, yerli vaxtla saat 05:52-də qeydə alınan zəlzələnin maqnitudası 3,1 olub. Zəlzələnin ocağı 31 kilometr dərinlikdə yerləşib
10 sentyabrXankəndidə nə qədər insan yaşayır?
Xankəndidə genişmiqyaslı yenidənqurma və tikinti işləri həyata keçirilir, ilk sakinlər artıq Xankəndiyə, eləcə də Kərkicahan kəndinə qayıdırlar. Qaynarinfo xəbər verir ki, bu barədə Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov diplomatik korpusu
11 sentyabrYeni təhsil qanununun qəbulu təklif edilir
Azərbaycanda ali təhsil sahəsində indiyədək qaldırılan və əsaslı hesab olunan məsələlərin nəzərə alınması üçün yeni təhsil qanununun hazırlanmasına ehtiyac var. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov komitənin bugünkü iclasında çıxışı zamanı deyib. O bildiri
11 sentyabrOğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA
Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd
11 sentyabr500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi uzun müddətdir gündəmdədir. 2025-ci ildə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilərək bəzi sənədlərin çıxarış üçün əsas kimi qəbul olunmasına imkan yaradılıb. Bununla belə, sənədsiz evlərin hamısının avtomati
10 sentyabrDövlət bağçalarında yerlərin sayı artırılıb
"Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən təhsil işçilərinin sentyabr konfransında çıxışı zamanı bildirib
11 sentyabr