Laçın şəhərinə növbəti köç karvanı yola salındı
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.
Qaynarinfo xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 86 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb.
Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 462 Tarix: 23 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu şəxslər rayondan Bakıya GƏLMƏYƏCƏKLƏR - SƏBƏB
Son illərdə regionların inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirilsə də, rayonlarda işsizlik, aşağı gəlir və gənclərin böyük şəhərlərə üz tutması hələ də aktual problemlərdən biridir. Mütəxəssislər hesab edirlər ki, bölgələrdə iqtisadi fəallığın artırılması və yeni imkanların yaradılmas
6 iyunBu şəxslər metro və avtobuslarda pulsuz gedə bilər - GÖZLƏNİLƏN QƏRAR
Bir çox ölkələrdə sosial həssas qrupların ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq üçün müxtəlif güzəştlər tətbiq edilir. Tələbələr, əlilliyi olan şəxslər və yaşlılarla yanaşı, hamilə qadınlar üçün də xüsusi nəqliyyat imtiyazları mövcuddur. Son olaraq Rusiyada hamilə qadınların bütün ictimai nəqliyya
7 iyunSosial şəbəkələrlə bağlı tələbləri pozanlar cərimələnəcək
Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir. Axşam.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə əlavə edilən yeni - 388-4-cü maddədə əksini tapıb. Layihəyə əsasən, "İnformasiya, informasiyalaşdırma v
6 iyunBu ərazidə pensiyalar tam verildi
Naxçıvan Muxtar Respublikası üzrə iyun ayının pensiya ödənişləri yekunlaşıb. xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Belə ki, nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən iyun ayının pensiya ödənişi başa çatdırılı
6 iyunTənqidə qarşı həddindən artıq həssaslığın səbəbi nədir? - AÇIQLAMA
İnsanlar gündəlik həyatda ailə üzvlərindən, dostlarından, iş yoldaşlarından və ya rəhbərlərindən müxtəlif formalarda tənqidlərlə qarşılaşırlar. Bəziləri bu iradları sakit qarşılayaraq özünü inkişaf etdirmək üçün fürsət kimi dəyərləndirsə də, digərləri ən kiçik tənqidi belə şəxsi hücum kimi qəbul edir
5 iyun