Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisiniz

Evi plana düşənlərin nəzərinə – Bunları mütləq bilməlisinizSon aylar Bakıda Baş plan çərçivəsində genişmiqyaslı söküntülərə start verilib. Nərimanovdan Səbailə qədər bir çox rayonları əhatə edən prosesdə əsas sual plana düşən evlərin qiymətləndirilməsi və təzminat məbləğidir. Xüsusilə bir şəxsin adına rəsmiləşdirilmiş, lakin ayrı-ayrı yaşayış kimi istifadə olunan iki və daha çoxmərtəbəli həyət evlərinin kompensasiyası ictimai maraq doğurur.

Plana düşən evlərin qiyməti hansı qaydada hesablanır? Çoxmərtəbəli, ayrı yaşayışlı, amma bir şəxsin adına sənədləşdirilmiş evlərdə təzminat necə müəyyən olunur? Belə hallar verilən məbləğə təsir edirmi?

Sonxeber.az-ın xəbərinə görə, Globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov deyib ki, həyət evləri və çoxmərtəbəli binalar sökülərkən əmlakın sahəsi, mərtəbə sayı və digər göstəricilərindən asılı olmayaraq, proses yalnız əmlak sahibi ilə tikinti şirkəti arasında qarşılıqlı razılaşma əsasında həyata keçirilməlidir:

"Əmlak toxunulmazdır və söküntü yalnız sahibin razılığı ilə mümkündür. Əgər mənzil çox kiçik sahəyə malikdirsə (məsələn, 15-20 kvadrat metr), yeni tikililərdə belə ölçüdə mənzil olmadığından şirkət həmin vətəndaşa daha böyük, adətən 40-45 kvadratlıq ev təklif edir. Bu, kiçik sahəli mənzillər üçün xüsusi güzəşt kimi tətbiq olunur. Sahənin ölçülməsi çöldən-çölə aparılmalıdır. Çünki orta divarlar da söküldüyündən həmin sahə hesablanmalı və vətəndaşın ümumi kvadratına daxil edilməlidir. Necə ki, yeni tikililərdə şaxta və hava bacaları belə ümumi kvadrata əlavə olunaraq satılır, eyni qayda həyət evlərinə də tətbiq edilməlidir. Yəni sahə çöldən-çölə ölçülməli və vətəndaşın ümumi kvadrat sahəsi dəqiq müəyyənləşdirilməlidir".

Ekspert bildirib ki, söküntü prosesi əsasən dörd mərhələdən ibarətdir:

"Birinci mərhələdə kvadrat düzgün hesablanmalı, tərəflər bunun əsasında razılığa gəlməlidir. İkinci hissədə tikinti bitənə qədər vətəndaş mütləq kirayə mənzillə təmin olunmalıdır. Müqavilədə müddət "iki il" kimi konkret yazılmamalı, "yeni mənzil təhvil verilənədək" kimi göstərilməlidir. Əks halda, tikinti yubandıqda şirkət kirayə ödənişini dayandıra və mübahisələr yarana bilər. Üçüncü mərhələdə vətəndaşa sökülən mənzilin sahəsi və vəziyyəti nəzərə alınmaqla yeni binada eyni, yaxud uyğun kvadratlı mənzil təqdim olunmalıdır. Kiçik fərqlər tərəflərin razılaşması əsasında müəyyən edilə bilər. Dördüncü mərhələ kimi mənzilin təmiri də nəzərdə tutulur. Tikinti şirkəti mənzili ya təmir edib təhvil verir, ya da vətəndaşla razılaşaraq təmir pulunu əlavə kvadratla əvəz edir".

A.Nəsirov qeyd edib ki, bütün razılaşmalar mütləq yazılı müqavilə əsasında aparılmalı və yalnız diqqətlə oxunduqdan sonra imzalanmalıdır:

"Əks halda, proses məhkəmə predmetinə çevrilə bilər. Qanunda söküntü ilə bağlı dəqiq qaydalar tam nəzərdə tutulmadığı üçün bütün məsələlər qarşılıqlı razılaşma, vicdanlı yanaşma və mövcud təcrübə əsasında həll olunmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2604   Tarix: 23 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021