"Ailə daimi öz-özünü quran, inkişaf etdirən institutdur" - DEPUTAT

"Ailə daimi öz-özünü quran, inkişaf etdirən institutdur" - DEPUTAT"Ailə institutunun tərkibi və əsas "nüvəsi" cütlükdür. Eyni zaman da övladsız ailəni tam hesab etmək olmaz. Ailə münasibətləri dedikdə biz ancaq nikaha daxil olmuş iki insanın münasibətlərinə yox, eləcədə valideynlərin övladlarla, övladların valideynlərə, övladların öz arasında, yəni ailədə hər kəsin bir-biri ilə qarşılıqlı olan münasibətlərdən danışırıq. Bu münasibətlərə dair müasir şəraitdə gözləntilər və tələblər dəyişilib.Əsrlər öncə ailəyə kənardan olan faktorların təsiri, daxili faktorlarla müqayisədə nisbətən az idi. Lakin cəmiyyətin sənayeləşməsi, valideynlərin hər birinin məşğulluğu, xarici psixoloji, mədəni, sosial təsir faktorlar ailənin daxili faktorlarından daha təsirli özünü göstərir. Xarici faktorların təsir etmə gücü ailənin daxili möhkəmliyindən asılıdır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Şahin Seyidzadə danışıb.

O, açıqlamasında qeyd edib ki, müasir zamanda cütlüyün özünün və övladlarının üzərində işləməsi vacibdir:

"Ailə daimi öz-özünü quran, öz-özünü inkişaf etdirən institutdur. Belə anlar olur ki, gənc valideynlər öz övladlarının inkişafında, "məni necə tərbiyə ediblər, bizim zamanımızda belə idi, biz də tərbiyə olunmuşuq və s." kimi misallar çəkərək, öz övladlarının inkişafında da eyni yanaşmaları tətbiq etməyə çalışırlar. Dəyərlər, prinsiplər eyni qala bilər, amma yanaşmalar dəyişilməlidir. Əgər valideynlər öz övladlarını onları necə inkişaf etdiriblərsə, eyni köhnə yanaşmalarla öz övladlarını inkişaf etdirərlərsə, o zaman onların övladlarının inkişafı orta hesabla 25 il geridə qalır. Bu günkü cəmiyyətin tələbləri, gözləntiləri və imkanları fərqlidir. Valideynlər bir-birinə tərəfdaş, övladları ilə yaxın dost olmalıdır. Cəmiyyətimizdə köhnə fikirli ifadələrə rast gəlmək olar. Elə valideynlər var ki, fəxrlə söyləyirlər ki, "övlad ilə valideyn arasında pərdə olmalıdır". "Dünyaya övlad gətirən valideyn ilə övladı arasında niyə pərdə olmalıdır?" Bəli, hörmət olmalıdır, lakin övladla hər hansı bir mövzuda valideyn danışmağa hazır olmalıdır. Bunun üçün valideynlər müasir zamana uyğun bilik və məlumata malik olmalıdırlar. Misal üçün, övlad süni intellektlə maraqlanırsa, valideyn övladı ilə eyni səviyyədə bu mövzuya dair fikir mübadiləsi aparmaq üçün bu mövzunu özü yaxşı bilməlidir. Övlad maraqlandırılan sualların cavabını valideynindən tapmasa, onun cavabını çöl mühitdə tapacaq. Onun müsbət və ya mənfi nəticələrinə heç kim cavabdeh deyil".

Deputat onu da vurğuladı ki, ailə institutun inkişafı o zaman möhkəm olur ki, daxildə ailənin bünövrəsi düzgün qoyulur:

"Dövlət və cəmiyyətin addımları vacibdir, amma kifayət deyil. Yəni ailənin inkişafı, özünü qoruması ilk növbədə ailənin özündən asılıdır. Xüsusilə nikaha daxil olan və valideyn olmağa qərar verən hər iki insandan asılıdır. Savadlı, özü və övladları üzərində işləyən valideyn və sadəcə öz övladlarını tox, mədəni tərbiyə edən valideynlə ciddi fərqi vardır. Valideyn öz övladının inkişafı ilə məşğul olmalıdır, hər gün ən azı 45 dəqiqə danışmalıdır və yaşa uyğun onun inkişaf, psixologiyasını bilməlidir. Hal-hazırda bu artıq üstünlük deyil, ehtiyacdir. Əgər bu təmin olunmazsa, uşağa xarici faktorların təsiri daha güclü olacaq. Sonra təəccüblənmək lazım deyil, "niyə sosial şəbəkələr övladıma belə təsir edir?" Ona görə ki, daxildə olan təsir resursu, valideyn kifayət qədər hazırlıqlı deyil və güclü təsirə malik deyil. Keçmişdən fərqli olaraq, bu günün tələbləri tamam fərqlidir. Bu səbəbdən yanaşmalar da dəyişilməlidir. Sağlam ailənin formalaşması, sağlam ailənin qurulması ilk növbədə o ailəni yaradan insanların sağlamlığından, savadlılığından və öz üzərində işləməsindən asılıdır. Məsələn, valideyn evdə kitab oxumursa, təəccüblənmək lazım deyil, niyə onun övladı kitab oxumur? Heç bir məktəb, heç bir təhsil sistemi övladın kitab oxumağına o vərdişi ilk formalaşdıran olmamalıdır. O vərdiş, ilk növbədə ənənəvi olaraq ailədə formalaşır. Bu sadəcə bir nümunədir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 948   Tarix: 24 sentyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18 sentyabr 2021
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşdü

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışını aparır. Qeyd edək ki, əslən Azərbaycanın Ağdam rayonununda

18 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17 sentyabr 2021