"Qarabağ" kafesində oğurluq - Ofisiant kababçının kartını "partlatdı"
Ağdam rayonunun Dördyol-2 qəsəbəsində fəaliyyət göstərən Qarabağ kafesində oğurluq hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, kafedə ofisiant işləyən şəxs kababçının bank kartından 2850 manat oğurlayıb.
Ofisiant kababçının məşğul olmasından istifadə edərək onun telefonunu götürüb "Birbank" tətbiqinə daxil olaraq oradakı hesabdan yuxarıda qeyd edilən məvləği öz hesabına köçürüb.
Hüquq-mühafizə orqanlarına müraciət edildikdən sonra ofisiant saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə ittiham elan edilib. Həmçinin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işinə Ağdam Rayon Məhkəməsində baxılıb. Məhkəmə prosesi zamanı ofisiant verilmiş ittiham üzrə özünü təqsirli bilib. O, məhkəmənin hökmü ilə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 710 Tarix: 24 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Baş Prokurorluqda səkkiz əməkdaş intizam məsuliyyətinə cəlb edilib
Baş Prokurorluqda bu ilin birinci yarısında aparılmış xidməti yoxlamalar nəticəsində müxtəlif növ intizam xətalarına yol verdikləri üçün 8 prokurorluq əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prokurorluğu orqanlarında 2026-cı ilin birinci yarısınd
24 iyulMebel mağazasında skandal! Görən hər kəs eyni sözü deyir
Tayvanda məşhur mebel mağazalarından birinin nümayiş bölməsində cütlüyün sərgilənən yataqda uzanaraq səmimi davranışlar sərgiləməsi digər müştərilərin narazılığına səbəb olub. Bu barədə xarici mediaya istinadla xəbər verir. Hadisənin şahidi olan valideyn bildirib ki, övladının xəbərdarlığından sonr
24 iyulAzərbaycan alma ixracından gəlirini 10 %-ə yaxın artırıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycan 47 min 867 ton alma ixrac edib. "Report" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu həcmdə almanın dəyəri 38 milyon 948 min ABŞ dolları olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə həcm baxımından 2 min 753,82 ton (5,4 %) az, dəyər baxımında
25 iyulBakıda iməcilik keçirildi - Fotolar
Yay mövsümündə Bakı şəhərinin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə iyulun 25-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti daxili iməclik keçirilib. xəbər verir ki, iməcilik zamanı şəhər mərkəzindəki prospekt və küçələrlə yanaşı paytaxt qəsəbələrinin də küçələr
25 iyul65 yaşdan sonra işləyənlərə ŞAD XƏBƏR: Pensiya arta bilər...
Azərbaycanda pensiya yaşına çatdıqdan sonra da rəsmi əmək müqaviləsi olmadan çalışmağa davam edənlərin sayı az deyil. Lakin bu şəxslərin adına sosial sığorta haqlarının ödənilməməsi gələcəkdə pensiyalarının yenidən hesablanması və ya əlavə pensiya hüquqlarının yaranması ilə bağlı suallar doğurur. Bə
26 iyulUşaqpulu haqda YENİ MƏLUMAT - Üstünlük bu ailələrə veriləcək
Son illər Azərbaycanda doğum göstəricilərinin azalması artıq təkcə statistik rəqəm deyil, ölkənin uzunmüddətli demoqrafik, iqtisadi və sosial inkişafı baxımından strateji çağırış kimi qiymətləndirilir. Globalinfoaz-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki,Əhalini
26 iyul"Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür"
"Space TV" Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə həbs qoyulması ilə bağlı yayılan məlumatlara münasibət bildirib. -ın məlumatına görə, media qurumundan "Qafqazinfo"ya bildirilib ki, bəhs olunan 140 min 313,06 ABŞdolları məbləğində borc 2021-ci ildə "Xal
25 iyul