Nigar Fərhadın şirkəti ilə bağlı dələduzluq iddiası – Şirkət pulun geri qaytarıldığını bildirdi
"Sözün bitdiyi an" verilişinin aparıcısı kimi tanınan Nigar Fərhadın rəhbərlik etdiyi "Aid Group" xaricdə təhsil şirkəti ilə bağlı dələduzluq iddiaları gündəmə gəlib.
Oxu.Az-a danışan şikayətçi Anar Hüsizadənin valideyni Nəsimi Hüsiyev bildirib ki, Nigar Fərhadın iştirakı ilə keçirilən konsultasiya zamanı övladının ABŞ və Avropa universitetlərinə qəbul prosesi ilə bağlı vədlər verilib. Bunun müqabilində isə 5 100 manat ödəniş alınıb.
Valideynin sözlərinə görə, ödənişdən sonra hər hansı iş görülməyib:
"Şirkət bizə oğlumun Polşadan viza ala bilməyəcəyini deyərək müraciətimizi geri çəkməyi istədi. Lakin vizamız təsdiqləndi və övladım Polşada universitetə qəbul olundu. Şirkət isə heç bir sənəd toplamadı, prosesi başlatmadı", – deyə N.Hüsiyev bildirib.
Onun sözlərinə görə, pulu geri tələb etdikdə şirkət yalnız vəkil vasitəsilə məsələnin həll olunacağını bildirib:
"Nə ödənişi qaytardılar, nə də işimizə baxdılar. Hazırda şirkət zənglərə cavab vermir. Ofisə müraciət etdikdə isə digər vətəndaşların da oxşar problemlərlə üzləşdiklərini gördüm".
Məsələ ilə bağlı şirkətin mətbuat xidməti Sonxeber.az-a açıqlamasında bildirib ki, şikayətçi A.Hüsizadənin anası artıq şirkətə müraciət edərək ərizə yazıb və ödənişi geri alıb.
A.Hüsizadənin anası da açıqlamasında pulu geri aldığını təsdiqləyib:
"Yubanmalar olurdu, amma hazırda ərizəmi yazaraq ödənişimi geri aldım"-, deyə o bildirib.
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2254 Tarix: 24 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Noyabrın 6-dan 30-dək Leonid meteor yağışı müşahidə ediləcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından -a verilən xəbərə görə, meteor yağışının maksimumu noyabrın 18-də Bakı vaxtı ilə saat 03:45-də gözlənilir. Bu zaman saatda təxminən 15 meteorun müşahidə olunacağ
2 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrNovxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi
Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy
3 noyabrBakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Bakının bir sıra ərazilərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Bildirilib ki, abonentlərin daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması məqsədilə noyabrın 2-də Yasamal Rayon Enerji Təchizat
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrPensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm
3 noyabr