Baş Dövlət Yol Polisi SÜRÜCÜLƏRƏ müraciət edib
Baş Dövlət Yol Polisi İdarəsi şəhər mühitində ictimai asayişin qorunması ilə bağlı sürücülərə müraciət edib.
DİN-dən Sonxeber.az-a verilən məlumata görə, müraciətdə deyilir:
"Şəhər mühitində ictimai asayişin, insanların dinc yaşayışının və yol hərəkəti təhlükəsizliyinin təmin olunması hər bir hərəkət iştirakçısının üzərinə məsuliyyət qoyur. Nəqliyyat vasitələrində yüksək səslə musiqi dinləmək, əsassız səs siqnalından istifadə etmək, habelə insanların sıx məskunlaşdığı yaşayış zonalarında, məktəb və xəstəxana ətraflarında avtomobillərin yüksək sürətlə idarə olunması nəticəsində səs-küy yaradılması yolverilməzdir. Bu cür davranışlar yalnız yol hərəkəti intizamına mənfi təsir göstərmir, eyni zamanda sürücülər və piyadalar arasında çaşqınlıq və gərginlik yaradır, ictimai asayişi pozur və qəza riskini dəfələrlə artırır.
Qanunvericiliyin tələbinə görə, səs siqnalından istifadə yalnız xüsusi zərurət yarandıqda - yol-nəqliyyat hadisəsinin qarşısını almaq, insan həyatına və sağlamlığına birbaşa təhlükə mövcud olduğu hallarda icazəlidir.
Qaydalara əməl olunması, intizamlı davranış və qarşılıqlı hörmət prinsiplərinə riayət edilməsi yol hərəkəti təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Sürücülərin məsuliyyətsiz hərəkətləri ictimai mühitdə narahatlıq yaratmaqla yanaşı, qəza ehtimalını artıraraq insanların həyat və sağlamlığını riskə atır.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha bütün sürücülərin diqqətinə çatdırır ki, nəqliyyat vasitələrinin idarə olunması zamanı səs-küyə səbəb olan hərəkətlərdən çəkinmək, qanunvericiliyin tələblərinə riayət etmək və yol hərəkəti qaydalarına hörmətlə yanaşmaq hər kəsin borcudur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi