Restoranlarda servis haqqının ödənilməsi niyə məcburi hal alıb? - AÇIQLAMA
"Servis haqqı məsələsi əslində yeməyin dadını, restoranın xidmət keyfiyyətini qiymətləndirmək üçün bir vasitədir. Amma təəssüf ki, restoranlar bunu xidmətin ayrılmaz hissəsi kimi təqdim edirlər. Burada müştərinin razılığı sanki avtomatik olaraq alınmış kimi hesab olunur. Xidmətin keyfiyyətini həqiqətən dəyərləndirmək imkanı müştərinin əlindən alınır. Nəticədə isə müştəri özünü eyni xidmətə ikinci dəfə pul ödəyirmiş kimi görür".
Bu sözləri Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.
O, açıqlamasında qeyd edib ki, servis haqqı ideya olaraq normaldır, məqbuldur, amma bunun praktikası "məcburi əlavə vergi" formatında olmalı deyil:
"Bəxşiş qoymaq ənənəsi bir çox ölkədə var. Amma əksər Qərb ölkələrində ən azından sosial razılaşma var, xidmət keyfiyyəti ilə proporsional bəxşiş verilir. Bizdə isə çox əksər restoranlarda xidmətlə ödəniş arasında əlaqə olmur, çünki zəif xidmətin də öz "servis haqqı" olur. Bu da müştərilərin "bu əlavə pulu niyə ödəyirik?" sualını legitimləşdirir.
Qısaca desək, servis haqqı ideya olaraq normaldır, məqbuldur, amma bunun praktikası "məcburi əlavə vergi" formatında olmalı deyil. Yəni, servis haqqı yeməyin yanında gətirilən çörək deyil ki, sifariş verməsən də masaya qoyulun, bu müştərinin seçiminə buraxılmalıdır. Cəmiyyətin etirazı da bunadır. İnsanlar xidmətin qiymətləndirilib-qiymətləndirilməyəcəyinin, qiymətləndiriləcəksə, necə qiymətləndiriləcəyinin onların öz iradələrinə buraxılmasını istəyirlər, restoranın bunu hazır paket kimi müştəriyə satmasını istəmirlər".
Vüsalə İbrahimli
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi