Qalib ordunun qaziləri: "Bir generalımızın qisasını bir ordunu məhv etməklə aldıq"
27 Sentyabr - Azərbaycan xalqı üçün həm hüznün, həm də qürurun tarixi səhifəsidir. Bu gün Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsi ehtiramla yad olunur, qazilərimizin qəhrəmanlığını bir daha xatırlayırıq. Onların hər biri müstəqillik və suverenliyin qorunması yolunda göstərilən igidliyin canlı nümunəsidir.
44 günlük Vətən müharibəsi təkcə hərbi əməliyyat deyildi, bu, xalqımızın illərlə çəkdiyi ağrı-acının sonu, ədalətin bərpası, yeni tarixi mərhələnin başlanğıcı idi. O günlərdə səngərdə vuruşan minlərlə igidimizin hər biri eyni amal uğrunda mübarizə apardı: Qarabağı azad etmək, Azərbaycan bayrağını doğma torpaqlarda dalğalandırmaq.
Oxu.Az olaraq biz də Anım Günündə həmin mübarizənin canlı şahidləri, Vətən müharibəsi iştirakçıları Turqay Məhərrəmli və Polad Rzayev ilə görüşdük. Onlar müharibənin gərgin anlarını, şəhid yoldaşlarının əziz xatirəsini və zəfərə aparan inamı bölüşdülər.
Turqay Məhərrəmli bildirdi ki, döyüşlər başlayanda çox iddialı idik:
"Dayanmaq kimi bir niyyətimiz yox idi. Nəticə də göz qabağındadır. Biz bir generalımızın - Polad Həşimovun qisasını onların ordusunu məhv etməklə aldıq".
Polad Rzayev isə o günləri belə xatırlayır:
"Bizim məqsədimiz bizim olan torpağı geri qaytarmaq idi. Biz həm haqlı tərəf idik, həm də düşməndən fərqli olaraq, mülki əhalini hədəf almırdıq, onların ordusu ilə döyüşürdük. Qalib ölkənin fərdi olduğu üçün qürur duyuram".
Qazilərimizin sözləri bir daha göstərir ki, 27 sentyabr təkcə kədər günü deyil, həm də xalqımızın birliyinin, əsgərlərimizin şücaətinin və tarixi Zəfərimizin ilkin addımlarıdır. Anım Günü hər birimizi həm şəhidlərin ruhuna borclu olmağa, həm də azad və suveren Azərbaycanın gələcəyi naminə daha əzmlə çalışmağa səsləyir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 582 Tarix: 27 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi təklif olunur
Milli Məclisdə universitetlərdə 3 illik təhsil sisteminə keçilməsi müzakirə olunur. xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında komitə sədrinin müavini Fariz İsmayılzadə bildirib. "Bu yaxınlarda ilk dəfə olaraq ABŞ-də universitetlərdən biri 3 illik al
11 sentyabr"Ali təhsilə yeni standartların gətirilməsinə ehtiyac duyulur" - DEPUTAT
Avropa universitetləri, bu yaxınlarda isə ABŞ-də bir universitet Boloniya sistemi çərçivəsində üçillik bakalavr proqramına keçiblər. Dünyada baş verən trendləri nəzərə alaraq Azərbaycanda da "Ali təhsil haqqında qanun" layihəsinə yenidən baxmaq olar. xəbər verir ki, bunu Milli Məclisin deputat
11 sentyabr500 minə yaxın ev sənədlə təmin edilə BİLƏR - Ekspertdən AÇIQLAMA
Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi uzun müddətdir gündəmdədir. 2025-ci ildə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən dəyişikliklər edilərək bəzi sənədlərin çıxarış üçün əsas kimi qəbul olunmasına imkan yaradılıb. Bununla belə, sənədsiz evlərin hamısının avtomati
10 sentyabrOğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA
Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd
11 sentyabrCekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql
10 sentyabrMəzunların əmək bazarında iş tapması həmişə mümkün olmur - AÇIQLAMA
Azərbaycanda universitet məzunlarının əmək bazarına keçidi və ixtisaslarına uyğun iş tapması ilə bağlı vəziyyət müxtəlif ixtisaslar üzrə fərqlənir. Dövlətin "Məzunların məşğulluq reytinqi" platforması da məzunların məşğulluğu və əmək bazarında daha çox tələb olunan ixtisaslar barədə məlumatlılığı
10 sentyabr