Ata olanlara ŞAD XƏBƏR: Ödəniş ola bilər
Azərbaycanda ödənişli atalıq məzuniyyətini nəzərdə tutan qanun layihəsi hazırlanır.
Sonxeber.az report-a istinadən xəbər verir ki, bununla bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT-nin Nyu-York şəhərindəki mənzil-qərargahında keçirilən Qadınlara dair Dördüncü Dünya Konfransının otuzuncu ildönümünə həsr olunmuş Yüksək Səviyyəli İclasda çıxışı zamanı danışıb.
O qeyd edib ki, ölkədə qadın əməyinin qadağan olunduğu sahələrin sayı minimuma endirilib, məişət zorakılığı, uşaq evlilikləri və qohum nikahlarını tənzimləyən qanunvericilik bazası təkmilləşdirilib, nikah yaşı ilə bağlı istisnalar ləğv edilib.
Komitə sədri vurğulayıb ki, bütün bunlar həm qadınların hüquqlarının qorunmasına, həm də ailə və cəmiyyət arasında bağların möhkəmlənməsinə xidmət edir.
Bahar Muradova Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının illərdir gender bərabərliyi, qadınların və qızların səlahiyyətlərinin artırılması istiqamətində beynəlxalq səylərə istiqamət verdiyini qeyd edərək bərabərlik, inkişaf və sülh məqsədlərinə sadiqliyin dəyişməz olduğunu vurğulayıb.
O bu sahədə son 30 ildə göstərilən qlobal səylərin mühüm nəticələr doğurduğunu diqqətə çatdıraraq Azərbaycanda da qadınların təhsil, səhiyyə, məşğulluq və qərarqəbuletmədə iştirakının gücləndirilməsi üçün ardıcıl islahatların aparıldığını deyib.
B.Muradova qeyd edib ki, xüsusilə azad olunmuş ərazilərdə yaradılan müasir infrastruktur, smart şəhər və kəndlər, rəqəmsal xidmətlər və inkubasiya proqramları əhaliyə bərabər imkanlar təmin etməkdədir.
Qeyd edək ki, Yüksək Səviyyəli İclas "Gender bərabərliyinə, bütün qadınların və qızların səlahiyyətlərinin artırılmasına nail olmaq üçün Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının yenilənməsi, resursların ayrılması və icrasının sürətləndirilməsi" mövzusuna həsr edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi