Ödənişli əsaslarla qəbul olan tələbələrə ŞAD XƏBƏR
Ödənişli əsaslarla qəbul olan tələbələrdən bəziləri dövlət sifarişli təhsil ala biləcəklər.
Sonxeber.az Xəzər TV-yə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadənin sözlərinə görə, yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək. Bəzi ödənişli əsaslarla təhsil alan tələbələr də dövlət sifarişi üzrə təhsillərini davam etdirə biləcəklər.
Təhsil eksperti Elşən Qafarov bildirir ki, bu, ölkədə ümumiyyətlə ödənişli təhsilin tamamilə aradan qaldırılmasına hədəflənən addımlar sırasındadır.
Bəs dövlət sifarişli təhsilə keçiriləcək tələbələr kimlərdir? Elşən Qafarov bildirib ki, bu, dövlətin əmək bazarına uyğun olaraq verdiyi sifariş əsasında müəyyən ediləcək. Balı yüksək olmayanlar da bu güzəştdən yararlana biləcəklər.
Ekspertin fikrincə, dövlət sifarişinin əhatəliliyi genişləndiyi təqdirdə bundan həm dövlət, həmçinin özəl ali məktəb tələbələri yararlana biləcəklər.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 863 Tarix: 28 sentyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan İrandan bananın idxalını 51 dəfə artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycana 41,64 milyon ABŞ dolları dəyərində 39 min 546 ton banan (təzə, qurudulmuş, digərləri) idxal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsind
1 noyabrİrana nüvə bombası atılarsa...- Nazir müavinindən xəbərdarlıq
İran əleyhinə nüvə silahından istifadə etməyə dair rəsmi mövqe olduğu halda onun mənfi nəticələri regionla məhdudlaşmayacaq. İran Xarici İşlər Nazirliyinin məlumatına görə, bunu İran xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini Kazım Qəribabadi çərşənbə axşamı (3 noyabr) Tehrand
3 noyabrSabah 23° isti olacaq
Noyabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
2 noyabrÖzəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir. Özəl təhsil müəssisələrində qiymətlər is
3 noyabr