Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdiİnnovasiya lideri Bakcell media nümayəndələri ilə birlikdə Qarabağa səfər edib. Bakcell tərəfindən təşkil edilən "İnnovasiyaların Qarabağda tətbiqi" adlı iki günlük tədbir çərçivəsində innovasiya və süni intellektin Qarabağın bərpası, dövlət-özəl tərəfdaşlığı, təhsil ekosistemi, həmçinin media sahəsinin inkişafındakı rolu vurğulanıb.

Tədbirdə Bakcell-in baş icraçı direktoru Klaus Müller çıxış edərək Qarabağın gələcəyində innovasiyaların strateji əhəmiyyətini vurğulayıb: "Qarabağ Azərbaycanın gələcəyi və milli qürurunun simvoludur. Bakcell olaraq biz innovasiyaları bu torpağın inkişafı və yenilənməsi üçün aparıcı vasitə kimi görürük. Qarabağın bərpasında süni intellekt və rəqəmsal həllərin tətbiqi regionun sabahını formalaşdıracaq," – deyə Klaus Müller qeyd edib.

Tədbir çərçivəsində Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanovanın moderatorluğu ilə panel müzakirəsi keçirilib. Müzakirədə Bakcell-in marketinq direktoru Elxan Sadıqzadə, Qarabağ Universitetinin elm və innovasiyalar üzrə prorektoru Fariz Əhmədov, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev və əməkdar jurnalist, ASAN Radio və ASAN TV-nin direktoru Emin Musavi iştirak ediblər.

Paneldə "İnnovasiyaların Qarabağda tətbiqi və mediada innovasiyaların rolu" mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Qarabağda innovativ yanaşmaların tətbiqi, regionun sosial-iqtisadi inkişafında rəqəmsal texnologiyaların əhəmiyyəti, süni intellektin biznes, media və cəmiyyətə təsiri təqdim olunub. Həmçinin, rəqəmsal transformasiyanın potensialı və Qarabağ üçün perspektiv innovativ həllər diqqət mərkəzində olub.

Səfərin ikinci günü "Süni intellekt və innovasiya" mövzusunda təlim və vörkşopla davam edib. Sessiya zamanı media mühitində süni intellektin tətbiqi, yaradıcı sənayelərdə rəqəmsal trendlər və innovativ yanaşmalar müzakirə olunub.

Səfərin sonunda iştirakçılar Şuşa və Xankəndinin əsas tarixi məkanlarını ziyarət edərək, şəhərlərin müasir inkişaf tempi və unikal atmosferi ilə yaxından tanış olublar.

Bakcell-in Qarabağa bu səfəri şirkətin innovasiyaya və milli inkişaf dəyərlərinə əsaslanan strateji yanaşmasının göstəricisidir. Bu təşəbbüs Azərbaycanın innovasiya ekosisteminin inkişafı istiqamətində atılan növbəti addımdır.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Bakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdiBakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdiBakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdiBakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdiBakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdiBakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdiBakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdiBakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdiBakcell media nümayəndələri üçün Qarabağa səfər təşkil etdi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 638   Tarix: 13 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib

ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində hər il ənənəvi olaraq təşkil edilən Payız festivalı - "Məhsul bayramı" baş tutub. Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçili

2 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin olacaq. Mülayim cənub-qər

3 noyabr
.

Anasını döyən bloqer saxlanıldı - Video

Sosial şəbəkələrdə özünü xeyriyyəçi kimi qələmə verərək ehtiyacı olanlara yardım çağırışları edən bloger Namiq Əzizin anasının evinə basqın edib onu döyməsi ilə bağlı görüntülər yayılıb. Axşam.az "Bakupost"a istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da gecə saatlarında Cəlilabadda baş verib

2 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

ADU-da şəhid məzun Elvin İmaməliyevin adına auditoriya açılıb

Azərbaycan Dillər Universitetində (ADU) Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, universitetin məzunu Elvin İmaməliyevin əziz xatirəsinə həsr olunmuş auditoriyanın açılış mərasimi keçirilib. Əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib

3 noyabr
.

Novxanıdakı "milyonluq saray"ın sahibi həbs edildi

Novxanı qəsəbəsində yerləşən "milyonluq saray"ın sahibi kimi tanınan Bəxtiyar Dali (Qaraşov) həbs edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, özünə məxsus bağda bir nəfər qızı zorlamağa cəhd etməkdə ittiham olunur. Prokurorluq tərəfindən aparılan istintaqla Bəxtiyar Daliy

3 noyabr
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

2 noyabr
.

Şagirdlərin dərs yükü həddindən artıq ağırdır - Uşaqların istirahət hüququ pozulur? - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblilərin gündəlik dərs yükünün həddindən artıq ağır olması uşaqların normal istirahətinə və asudə vaxtına ciddi təsir göstərir. Şagirdlər günün böyük hissəsini məktəbdə keçirir, evə qayıtdıqdan sonra isə çoxsaylı ev tapşırıqlarını yerinə yetirməli olurlar. Bəzi hallarda uşaqlar dərslərini tamamlama

3 noyabr
.

Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…

Son dövrlər yaşlı və pensiyaçı vətəndaşlara müəyyən məbləğdə pul təklif edilərək onların adına bank kartlarının açdırılması halları diqqət çəkir. Bu kartlardan qanunsuz pul dövriyyəsi, dələduzluq və digər maliyyə cinayətlərində istifadə olunması isə kart sahibinin hüquqi məsuliyyəti məsələsini gündəm

3 noyabr