"Emosiyaları gizlətmək vəziyyəti daha da dərinləşdirir və insanı tükənməyə gətirib çıxarır" - AÇIQLAMA

"Emosiyaları gizlətmək vəziyyəti daha da dərinləşdirir və insanı tükənməyə gətirib çıxarır" - AÇIQLAMASosial mediada hər kəs xoşbəxt görünür — gülümsəyən şəkillər, motivasiya dolu statuslar, "hər şey qaydasındadır" mesajları… Amma bu parlaq görüntülərin arxasında çox zaman görünməyən bir həqiqət gizlənir: daxildə dağılmış, lakin xaricən "yaxşıyam" deməyə məcbur olan insanlar.

Bəs görəsən buna səbəb nədir?

Psixoloq A.Orucova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Maskalanmış depressiya yaşayan insanlar əslində kədər, boşluq və mənasızlıq hissləri ilə mübarizə aparsalar da, bu hissləri göstərməkdən çəkinirlər. Bu insanlar çox vaxt ‘mən zəif görünməməliyəm’ düşüncəsi ilə yaşayırlar. Cəmiyyətin gözündə ‘güclü’, ‘pozitiv’ olmaq təzyiqi o qədər artıb ki, insanlar öz ağrılarını gizlətməyi bacarıq kimi görürlər. Sosial mediada da hər kəs xoşbəxtliyini nümayiş etdirdiyi üçün, real hisslərini paylaşmaq sanki ‘uyğunsuz davranış’ sayılır."

Psixoloqun sözlərinə görə, bu hal tədricən insanın daxili dünyasında təcrid hissini gücləndirir:

"İnsan həm kədərini paylaşa bilmir, həm də ətrafın xoşbəxt görünməsi onda ‘məndə nəsə problem var’ düşüncəsini yaradır. Halbuki bu, çox yanlış yanaşmadır — çünki kədər və çarəsizlik hissi insan təbiətinin bir hissəsidir."

Mütəxəssis əlavə edir ki, emosiyaları gizlətmək vəziyyəti daha da dərinləşdirir və insanı tükənməyə gətirib çıxarır:

"İnsan ağrısını danmağa çalışdıqca, bədən və beyin onu başqa formalarda — yuxusuzluq, əsəb, diqqət dağınıqlığı və ya fiziki ağrılarla ifadə edir. Ona görə ‘yaxşıyam’ demək əvəzinə, ‘dərdim var’ demək bəzən daha sağaldıcıdır."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 804   Tarix: 13 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız milli qürurumuzun, dövlət müstəqilliyimizin və Zəfərimizin rəmzidir

Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs milli dəyərlərindən biridir. Hər il noyabrın 9-da qeyd olunan Dövlət Bayrağı Günü Azərbaycan tarixinin şanlı səhifələrini, müstəqilli

9 noyabr
.

Üçrəngli bayrağımız - milli dövlətçiliyimizin, tarixi yaddaşımızın və suverenliyimizin təntənəsi

9 Noyabr - Dövlət Bayrağı Günü Azərbaycan xalqının milli özünüdərk tarixində, dövlətçilik ənənələrinin formalaşmasında və müstəqillik ideallarının yaşadılmasında xüsusi yeri olan əlamətdar gündür. Bu tarixə yalnız dövlət rəmzlərindən birinin təsis edildiyi gün kimi yanaşmaq düzgün olmazdı. Azərbayca

9 noyabr
.

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub

Zəfər Günü və Şuşa Şəhər Günü münasibətilə Şuşada atəşfəşanlıq təşkil olunub. "Report"un Qarabağ bürosu xəbər verir ki, Şuşa səması al-əlvan rənglərə boyanaraq, sakinlərin bayram əhval-ruhiyyəsini daha da rövnəqləndirib

8 noyabr
.

Ölkənin bir sıra dağlıq və dağətəyi ərazilərinə qar yağıb - Foto

Qax və Şəki rayonlarının yüksək dağlıq ərazilərinə qar yağıb. APA-ya istinadən xəbər verir ki, noyabrın 5-dən etibarən Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə fasilələrlə yağış yağır, bəzi ərazilərdə isə yağıntılar intensiv xarakter alıb. Böyük Qafqa

9 noyabr
.

Azərbaycan-Türkiyə müttəfiqliyi: Şuşada səslənən bəyanatların siyasi və geosiyasi əhəmiyyəti

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü, eləcə də mətbuata verdikləri birgə bəyanatlar iki ölkə arasında münasibətlərin mahiyyətini, strateji müttəfiqliyin siyasi və geosiyasi əhəmiyyətini bir daha gündəmə gətirir. Azərbaycan və Türkiyə münasibətləri yalnı

9 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı

Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla

9 noyabr
.

İşğaldan azad edilmiş ərazilərdəki müəssisələrdə 6 576 şagird və uşaq təhsil alır

Böyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. "Report" Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğm

8 noyabr
.

Muxtar Babayev: Azərbaycan COP31-i dəstəkləmək üçün əməkdaşlığa hazırdır

Azərbaycan COP29-un irsini qorumağa və Bakıda qəbul edilmiş qərarların icrasını irəlilətməyə dair öhdəliyi COP31-də iştirakla təsdiqləyib. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev "X" sosial şəbəkə hesabında yazıb

8 noyabr