"Cəmiyyətimizdə hüququ bilmək çox zaman praktik dəyəri olmayan məlumatları bilmək kimi qavranılır" - AÇIQLAMA
"Azərbaycanda hüquqi və siyasi mədəniyyətin aşağı səviyyədə qalmasının əsas səbəblərindən biri, cəmiyyətin uzun illər "vətəndaş" yox, "idarə olunan kütlə" kimi formalaşmasıdır. Siyasi mədəniyyət yalnız formal institutlarla yox, həm də daxili intizam və məsuliyyət hissi ilə də ölçülür. Bizdəki "ölçümlərin" (müşahidələrin) nəticələrinə baxsaq, açıqca görərik ki, cəmiyyətimizdə hüququ bilmək çox zaman praktik dəyəri olmayan məlumatları bilmək kimi qavranılır. Dərinlərdə insanların belə bir oturuşmuş inancı var ki, "mən onsuz da heç nəyi dəyişə bilmərəm". Bu, tipik öyrənilmiş çarəsizlik halıdır və onu qanun kitabları ilə deyil, sosial psixologiya ilə müalicə etmək lazımdır".
Bu sözləri Sonxeber.az-a sosioloq Yusif Nəbiyev danışıb.
O, açıqlamasında qeyd edib ki, konkret addımlara gəlsək, deyərdim ki, hüquqi savadlılıq formal və "başdansovdu" maarifləndirmə kampaniyaları ilə yox, praktiki situasiyalarla artırıla bilər:
"İnsanlara hüququn həqiqətən işlədiyini göstərərək artırıla bilər. Məsələn, yerli icra strukturları (və ya bələdiyyələr), universitetlər və ictimai qurumlar gəncləri real qərarvermə proseslərinə cəlb etməli, onlara "söz haqqı"nı təcrübədə daddırmalıdırlar. Gənclər öz söz və seçimlərinin təsirlərini real olaraq sahədə, praktikada görməlidir ki, hüquqa inansın, siyasi mədəniyyəti formalaşsın. İnsan öz real təsirini praktikada hiss etmədiyi müddətcə hüquq kitabları rəfdə tozlanmaqdan başqa işə yaraya bilməz. Praktiki yönündən başqa hüququn heç bir mənəvi dəyəri, düşüncə zənginləşdirən yönü yoxdur. Bunun üçün fəlsəfə var. Hüquq praktikada lazımdır.
Yaxın gələcək üçün məqsədəuyğun təşəbbüs olaraq təklif edə bilərəm ki, mini "vətəndaş laboratoriyaları" yaradılsın. Burada kiçik miqyaslı, amma interaktiv müzakirələr aparılsın, insanlar sosial problemləri debatlarla müzakirə edə bilsin, layihə dili ilə həll təklif etməyi öyrənsin. Demokratiyanın mini prototipini bu vətəndaş laboratiyasında sınaqdan keçirsin. Demokratik düşüncə, əslində, çox sadədir: insanlar öz sosial həyatlarını dəyişə biləcəklərinə inanmalı və bu yöndə təşkilatlı addım ata bilməlidirlər. Bu qədər sadədir. Bunu "laboratoriyada" gənclərə yaşatmaq və aşılamaq lazımdır".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusuna uyğun olaraq dərc edilir.

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi