Zakir Qaralov "Akkordu" dirçəldir? - 15 milyonluq borc sıfırlandı
"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" Açıq Səhmdar Cəmiyyəti (ASC) yenidən biznes sferasında aparıcı şirkətlərdən birinə çevrilmək üçün səylərini artırmağa başlayıb.
Qaynarinfo xəbər verir ki, ötən ilə 14,9 milyon vergi borcu ilə gündəmə gələn ASC-nin borcu artıq sıfırlanıb. Bu fakt "Akkord"un yenidən dirçəlməyə başladığı barədə məlumatların əsassız olmadığı qənaəti yaradır.
"Akkord Sənaye Tikinti İnvestisiya" Korporasiyası 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 83 259 750 manatdır. ASC-nin qanuni təmsilçisi Ayhan Keskinkılıçdır.
İki il əvvəl "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin Müşahidə Şurası tam tərkibdə dəyişib. Vüqar Suleymanov Müşahidə Şurasının sədri vəzifəsini tərk edib, onu bu vəzifədə Malik Məmmədov əvəzləyib. Müslüm Mürsəlov və Tofiq İsayev Müşahidə Şurasının üzvü seçiliblər.
"Akkord" şirkətinin faktiki sahibi kimi 2000-2020-ci illərdə Azərbaycanın baş prokuroru olan Zakir Qaralovun adı çəkilir. Mediada da bu barədə kifayət qədər məlumat var.
Bu arada Gununsesi.info yazır ki, Müslüm Mürsəlovu şirkətin rəhbərliyinə məhz Zakir Qaralov gətirib. Məlumatlara görə, "Akkord"un dirçəldilməsi işğaldan azadilmiş ərazilərdə aparılan yenidənqurmə, abadlıq və tikinti işləri ilə bağlıdır. Zakir Qaralova məxsus olduğu bildirilən ASC də bu işlərdə pay sahibi olmağa çalışır.
Sayt qeyd edir ki, Müslüm Mürsəlov hazırda "Akkord"un problemlərini həll emtəklə məşğuldur.
Məlumat üçün deyək ki, bir müddət əvvəl "Akkord" şirkəti kütləvi şəkildə məhkəməyə verilib. İddiaçılar arasında "Azərbaycan Beynəlxalq Bankı" ASC, "Azəriqaz" İstehsalat Birliyi, "Texnikabank" ASC, "Azturmak" MMC, Dövlət Radiotezliklər İdarəsi, "Zəyəm Texnologiyaları" ASC, "Aqrarkredit" Qapalı Səhmdar Cəmiyyəti kimi iri biznes və dövlət qurumlarının adına da rast gəlinir.
Həmin vaxt yayılan məlumatlara görə, ümumilikdə "Akkord"a qarşı 43 iddia qaldırılıb. Onların arasında hətta şirkətin işçiləri də olub.
Görünür, Müslüm Mürsəlov məhz bu problemlərin həlli ilə məşğuldur.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Palma yağı süfrələrimizi zəbt edir: İdxal niyə ildən-ilə artır? - QİDA EKSPERTİNDƏN AÇIQLAMA
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Bağında qızı zorlamaqda ittiham olunan Bəxtiyar Dalinin "milyonluq sarayı"
Bakıda avtomobil gözəllik salonuna girdi