"Həkim ağır əməliyyatdan sonra bacımı zorla xəstəxanadan çıxardı..."

"Həkim ağır əməliyyatdan sonra bacımı zorla xəstəxanadan çıxardı...""Bacım əməliyyat zamanı səhlənkarlıq nəticəsində zərər görüb, sonradan vəziyyəti pisləşməsinə baxmayaraq həkim-uroloq Sərxan Nağıyev tərəfindən xəstəxanadan evə buraxılıb".

Bu iddia ilə "Qafqazinfo"ya Bərdə sakini Əli Sadıxov müraciət edib.

Şikayətçi bildirir ki, 52 yaşlı Aygün Rəhimova iyulun 8-də M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əməliyyat olunub. Elə bütün problemlər də bundan sonra başlayıb: "Bacım qadın xəstəliyindən əziyyət çəkirdi və ginekoloq Leyla Rzaquliyeva tərəfindən müalicə olunmuşdu. Lakin heç bir nəticəsi olmadı və həkim onkoloji xəstəlik diaqnozu qoyaraq təcili əməliyyat olunmağını tövsiyə etdi. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əməliyyat zamanı bacımın uşaqlığını çıxararkən sidik kisəsinə zərər vuruldu. Həkim dedi ki,1 ay müddətinə gözləməlisən, sonra isə həkim-uroloq tərəfindən yenidən əməliyyat olunmalısan. Bacım o cür ağır vəziyyətdə gözlədi və sentyabrın 9-da həmin xəstəxanada Sərxan Nağıyev tərəfindən yenidən əməliyyat olundu. Əməliyyatdan sonra bacımın vəziyyəti daha da pisləşdi".

Vətəndaş deyir ki, həkimdən bunun səbəbini soruşanda ona əməliyyatın uğursuz olduğu, amma sağalmanın getdiyi və xəstənin müalicəsinin xəstəxanada davam etdiriləcəyi bildirilib: "Amma mən gördüm ki, hər keçən gün bacımın vəziyyəti daha da pisləşir, buna görə başqa həkimə müraciət etdim. Professor bacıma baxan kimi mənə bildirdi ki, "əməliyyat düzgün aparılmayıb, xəstə yenidən əməliyyat olunmalıdır, heç bir sağalmadan söhbət gedə bilməz".

Sərxan həkim isə mənə bildirdi ki, "xəstənin vəziyyəti yaxşıdır, evə buraxıram". Halbuki xəstəxanada digər həkimlər qeyd edirdilər ki, xəstəni bu vəziyyətdə evə buraxmaq qəti olmaz. Lakin Sərxan həkim tərəfindən xəstəlik çıxarışına "aparılan müalicə sonrası birincili sağalma qeyd olunur" yazaraq xəstəni zorla xəstəxanadan çıxarıb. Bir dəfə də olsun, vəziyyəti ilə maraqlanmayıb. İndi heç bir həkim yenidən əməliyyatı öz üzərinə götürmür. 4 aydan sonra yenidən əməliyyat olunmalıdır, bacım o vaxta qədər dözə bilsə...

Hazırda vəziyyəti çox pisdir. Sərxan Nağıyev barədə xəstəxananın baş həkiminə və TƏBİB-ə yazılı müraciət də etmişəm".

Fotoda: Həkim-uroloq Sərxan Nağıyev

"Həkim ağır əməliyyatdan sonra bacımı zorla xəstəxanadan çıxardı..."İddialarla bağlı həkim-uroloq Sərxan Nağıyevlə əlaqə saxladıq. O, açıqlamasında bu məsələdə özünü günahkar bilmədiyini dedi: "Xəstə sidik kisəsi–uşaqlıq yolu fistulası diaqnozu ilə 11.09.2025–22.09.2025 tarixləri arasında stasionar müalicə alıb və 12.09.2025 tarixdə transvezikal və vaginal sidik kisəsi–uşaqlıq yolu fistulasının ləğvi məqsədilə cərrahi əməliyyat olunub.

Əməliyyatdan sonrakı ikinci gün xəstə gücənərək defekasiya aktı həyata keçirib, bu isə qarındaxili təzyiqin artmasına və erkən dövrdə qoyulmuş tikişlərin tam hermetikliyini itirməsinə səbəb olunub. Nəticədə fistul nahiyəsindən sidik sızması müşahidə edilib.

Əməliyyatdan sonra xəstənin dəfələrlə gücənməsi, yataq rejiminə riayət etməməsi və həkim təlimatlarını pozması nəticəsində əməliyyat uğursuz sayılıb. Qeyd edim ki, dünya tibbi təcrübəsinə əsasən bu tip əməliyyatların residiv (təkrarlanma) ehtimalı 35–36 faiz təşkil edir".

Sərxan Nağıyevin sözlərinə görə, xəstədə sidik kisəsi fistulası, keçirilmiş ağır ginekoloji-onkoloji əməliyyat zamanı sidik kisəsinin arxa divarının zədələnməsi nəticəsində yaranıb: "Yəni bu, ginekoloqların müdaxiləsi zamanı baş vermiş fəsaddır. Mən isə fistulanı cərrahi yolla bərpa etmişəm, lakin xəstənin adekvat davranmaması səbəbindən tikişlər tutmayıb.

Bir həkim kimi mən özümü bu vəziyyətdə günahkar hesab etmirəm və xəstəni də ağır vəziyyətdə evə yola salmamışam. İstər bağırsaq, istərsə də sidik kisəsi fistulalarının təkrarlama ehtimalı bütün dünya tibb praktikasında qəbul olunmuş faktdır. Bunu da bütün dünya həkimləri qəbul edir, bircə xəstə Rəhimova Aygün və yaxınları qərəzli şəkildə şər və böhtan atmaqla həkimə qarşı aqressiv mövqe tutmaqdadır. Hazırda xəstəyə təkrar əməliyyat planlanıb və iki ay sonra icra ediləcək".

Məsələ ilə əlaqədar Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) də müraciət ünvanladıq. Qurumdan sorğumuza belə cavab verildi: "1973-cü il təvəllüdlü Rəhimova Aygün Vəli qızı 11.09.2025-ci il tarixində Respublika Klinik Xəstəxanasına ambulator müraciət edib. Pasiyent həkim-uroloq Sərxan Nağıyevin qəbulunda olub və müvafiq müayinələrdən keçdikdən sonra ona sidik kisəsi-uşaqlıq yolunun fistulu diaqnozu təyin olunub.

Pasiyent üzərində 12.09.2025-ci il tarixində əməliyyat icra olunub. Əməliyyatdan sonra onun tibb müəssisəsinin müvafiq şöbəsində müalicəsi davam etdirilib. 22.09.2025-ci il tarixində qənaətbəxş vəziyyətdə ambulator müalicə üçün evə buraxılıb.

29.09.2025-ci il tarixində pasiyentin qardaşı Sadıxov Əli Vəli oğlu tərəfindən tibb müəssisəsinə müraciət edilib və şikayət ərizəsi təqdim olunub. Hazırda müraciət araşdırılır, araşdırma bitdikdən sonra ətraflı məlumat veriləcək".

"Həkim ağır əməliyyatdan sonra bacımı zorla xəstəxanadan çıxardı..."


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1039   Tarix: 14 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli

9 sentyabr
.

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

Dövlət İmtahan Mərkəzi (DİM) 2027-ci ildə keçiriləcək ümumi orta (9 illik) və tam orta (11 illik) təhsil səviyyələri üzrə buraxılış imtahanlarının proqramlarını açıqlayıb. Qaynarinfo xəbər verir ki, proqramlar Azərbaycan və rus dillərində təqdim olunub. Ümumi orta (9 illik) təhsil səviyyəsi üzrə Azərbayca

10 sentyabr
.

Ləman Ələşrəfqızı bu kanalda aparıcı olacaq

Tanınmış jurnalist Ləman Ələşrəfqızı bundan sonra həm də "Space TV"də çalışacaq. xəbər verir ki, o sözügedən televiziya kanalında "Qırmızı xətt" verilişinin aparıcısı olacaq. Bu barədə kanalın rəsmi sosial şəbəkə hesabında bildirilib. Yeni layihəsi barədə fikirlərini bölüşən Ləma

10 sentyabr
.

Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!

Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında

10 sentyabr
.

"Şəki yaylası"nın sahibini hansı CƏZA GÖZLƏYİR?

Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən kanat faciəsinə dair yeni təfərrüat ortaya çıxıb. Hadisənin kanatın trosunun qırılması nəticəsində deyil, asılqanlı diyircəyin trosdan çıxması səbəbindən baş verdiyi bildirilir. Hadisə zamanı kanatdan istifadə edə

9 sentyabr
.

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql

10 sentyabr
.

Ali Məhkəmənin qərarına baxmayaraq eyni mənzil bir neçə dəfə satılıb - ŞİKAYƏT

Bakı sakini Alim Atakişiyev illərdir məhkəmələrdə hüquqlarını müdafiə etdiyi mənzilin qanunsuz yollarla ardıcıl olaraq bir neçə nəfərə satıldığını iddia edir. Onun sözlərinə görə, Ali Məhkəmənin qanuni sahiblik hüququnu təsdiqləyən qərarına baxmayaraq, mənzil üzərində saxta əməliyyatlar həyata keçirilib

10 sentyabr
.

"Əmanətə Sədaqət" layihəsi çərçivəsində şəhid övladları üçün Bilik Günü tədbiri keçirilib

"Azərlotereya" ASC və "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən "Əmanətə Sədaqət" layihəsi çərçivəsində bu il ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailə üzvləri üçün Bilik Gününə həs

9 sentyabr
.

Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq

Yasamalda Transformator Məntəqəsində, Abşeron rayonunda isə TM və elektrik yarımstansiyasında təmir işləri aparılacaq. xəbər verir ki, bu barədə "Azərişıq"ASC məlumat yayıb. Bildirilib ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisində saat 10:00-dan 13:00-də

11 sentyabr