Bu müəllimlərin maaşının artırılması gözlənilir

Bu müəllimlərin maaşının artırılması gözlənilirAzərbaycanın 2026-cı il dövlət büdcəsində təhsil xərcləri 5 milyard 15 milyon 897 min 622 manat məbləğində nəzərdə tutulub. Bu göstərici 2025-ci illə müqayisədə təxminən 78,6 milyon manat çoxdur. Ümumilikdə təhsil xərclərində 1,6 faizlik artım müşahidə olunur.

Modern.az xəbər verir ki, büdcədən peşə və ali təhsil üçün daha çox vəsait ayrılıb.

Rəsmi rəqəmlərə görə, peşə təhsili üçün ayrılan vəsait 28,3 faiz, ali təhsil üçün isə 17,6 faiz artıb. Belə ki, peşə təhsilinə 105,4 milyon manat, ali təhsilə isə 212,4 milyon manat ayrılıb.

Artım əsasında təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi, müasir ixtisas proqramlarının tətbiqi və müəllimlərin maaşlarının mərhələli şəkildə artırılması ilə bağlıdır.

Ümumi təhsildə cüzi artım, orta ixtisasda azalma müşahidə olunur

2026-cı ildə ümumi təhsil üçün 2 milyard 414 milyon manat ayrılıb - bu da 2025-ci illə müqayisədə 67 milyon manat çoxdur. Artım əsasən müəllimlərin əməkhaqqı fondunun artırılması və məktəblərin yenidənqurulması layihələri ilə əlaqələndirilir.

Bununla yanaşı, orta ixtisas təhsilinə ayrılan vəsait 104,8 milyon manatdan 94,2 milyon manata enib, yəni 10,2 faiz azalma baş verib. Əlavə təhsil üçün nəzərdə tutulan məbləğdə də cüzi azalma (2,6 faiz) qeydə alınıb.

Digər istiqamətlərdə vəziyyət

Təhsil sahəsində tətbiqi tədqiqatlara ayrılan vəsait 7,4 milyon manatdan 7,8 milyon manata yüksəlib.

Digər müəssisə və tədbirlərə ayrılan vəsait isə 1,9 faiz azalıb - 2025-ci ildə 1 milyard 726 milyon manat olduğu halda, 2026-cı ildə 1 milyard 692 milyon manata endirilib.

İqtisadçı Emin Qəribli açıqlamasında bildirib ki, orta məktəblərdə çalışan müəllimlərin maaşının artırılması üçün Prezidentin sərəncamına ehtiyac olur, ali təhsil mərkəzləri isə publik hüquqi şəxs olduğu üçün maaşların artırılması daxili gəlirləri əsasında hesablanır.

"Təhsilə ayrılan vəsaitlər əsasən onların beynəlxalq reytinq cədvəllərinə daxil olması üçün gedən işlərə - xaricdən müəllimlərin dəvət olunması, laboratoriyalar üçün avadanlıqların gətirilməsi, interaktiv dərslərin keçirilməsinə xidmət edəcək".

O qeyd edib ki, büdcədən ali təhsil mərkəzlərinə ayrılan pulların artması onu deməyə əsas verir ki, növbəti ildə ödənişsiz əsaslarla universitetə qəbul olunanların sayı da artacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 730   Tarix: 18 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sabahdan bu binalara istilik VERİLMƏYƏCƏK

Sabahdan etibarən Bakı və ölkənin bir sıra digər ərazilərində istilik mövsümünə start veriləcək. "Azəristiliktəchizat" ASC-dən Xəzər TV-yə bildirilib ki, abonentlərin böyük əksəriyyəti əvvəlki istilik mövsümündən yaranan borclarını ödəyib. Bununla belə, bəzi ərazilərdə ödənişlərin aşağı səviyyəd

15 noyabr
.

Prezident İlham Əliyevdən milli teleradioya mühüm mesaj: Azərbaycan həqiqətlərinin təbliği strateji vəzifədir

Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə ünvanladığı müraciət Azərbaycanın informasiya siyasətinin prioritetləri, milli-mənəvi dəyərlərin qorunması və müasir media qarşısında dayanan vəzifələr baxımından mühüm əhəmiyyət daşıyır. Dövlət başçısının müraciəti bi

16 noyabr
.

Bakıda təcili yardım maşınında yük daşınır - Video

Bakıda təcili tibbi yardım avtomobili ilə yük daşınmasına dair görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülər sosial şəbəkələrdə paylaşılıb. Görüntülərdən aydın olur ki, ambulansda tikinti materialları daşınır. Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB

16 noyabr
.

Maaşlar ARTACAQ: Saatlıq minimum əmək haqqı...

Azərbaycanda saatlıq əmək haqqı, eləcə də saatlıq minimum əmək haqqının tətbiq edilməsi nəzərdə tutulur. Burada məqsəd dünya praktikasında olduğu kimi əmək haqqının saatlıq hesablanması və eyni zamanda saatlıq çalışan vətəndaşlarımız üçün əmək haqqı mexanizminin, eləcə də əmək haqqı müqavilə sistemini

15 noyabr
.

Birdəfəlik sosial müavinətlər BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Noyabrın 16-da ölkə üzrə birdəfəlik sosial müavinətlərin ödənilməsi nəzərdə tutulub. Bu barədə "Unikal"a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən noyabrın 16-da respublik

15 noyabr
.

Güclü küləklə bağlı xəbərdarlıq

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edilib. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Şamaxı, Qobustan, Xızı, Xaçmaz, Siyəzən, Şabran

16 noyabr
.

Balıq bazarında bahalaşma var - Video

Bir həftədir bəzi balıqların qiymətində artım müşahidə olunur. Xəzər TV-yə istinadən bildirir ki, balıq almaq istəyənlər bazarda fərqli qiymətlərlə qarşılaşırlar. Satıcıların sözlərinə görə, ötən həftə ilə müqayisədə bəzi balıq növlərinin qiymətində artım var. Xüsusilə İrandan gətirilən məhsullarda bahalaşm

15 noyabr
.

Bu ərazilərə qar yağır

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisində qeyri-sabit yağıntılı və küləkli hava şəraiti davam edir. Bəzi dağlıq ərazilərdə - Altıağac, Xınalıq, Qrız, Quba, Qusar, Şahdağ, Kəlbəcər, Laçın və Qubadlıda arabir qa

16 noyabr
.

10° şaxta olacaq

Noyabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağı

16 noyabr