Hazırda Bakıda mövcud olan binaların ömrü nə qədərdir? - NƏZARƏT GÜCLƏNDİRİLİR

Hazırda Bakıda mövcud olan binaların ömrü nə qədərdir? - NƏZARƏT GÜCLƏNDİRİLİRDövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası "Yüksək binalar və komplekslər. Layihələndirmə normaları"nı təsdiqləyib. Qərara əsasən, binaların layihələndirilməsi layihə tapşırığı üzrə yerinə yetirilməlidir. Belə ki, layihələndirilən binalar yüksək məsuliyyət səviyyəsinə aiddir və konstruksiyalarının hesablama-istismar müddəti 100 ildən az olmayaraq qəbul edilməlidir. Bu o deməkdir ki, artıq binaların istismar müddəti 100 il olacaq. Bəs hazırda Bakıda mövcud olan binaların ömrü nə qədərdir? Yeni qanun necə tətbiq olunacaq?

Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Hazırda Bakıda mövcud olan binaların ömrü nə qədərdir? - NƏZARƏT GÜCLƏNDİRİLİR

"Binalara nəzarət daha da güclənəcək"

Əmlak eksperti Ramil Osmanlının sözlərinə görə, bu qanundan sonra binalara nəzarət daha da güclənəcək: "Layihələndirmə normalarının təsdiqlənməsi gözlənilən idi. Əslində deyə bilmərik ki, əvvəllər belə qaydalar ümumiyyətlə olmayıb. Hündür mərtəbəli binalarla bağlı normativ qaydalar həmişə olub. Sadəcə indi yüksək binalar və komplekslər üçün layihələndirmə normalarının bilavasitə yüksək məsuliyyət zonası daxilində qəbul edilməsi, müəyyən əmsalların tətbiq olunması, istismar müddətinin minimum 100 ilə qaldırılması onu deməyə əsas verir ki, bundan sonra bu istiqamətdə nəzarət daha da güclənəcək".

R.Osmanlının fikrincə, əvvəlki dövrdə inşa olunan binaların, xüsusilə də sovet dövründən qalmış köhnə tikililərin bir çoxunun istismar müddəti artıq başa çatıb: "Onlarda müəyyən bərkitmə işlərinin aparılmasına baxmayaraq faktiki olaraq istismar müddətini başa vurublar. Çünki əksəriyyəti beton konstruksiyalardan ibarətdir. Ötən əsrin əvvəllərində inşa olunublar, müəyyən tikinti standartlarının tələblərinə cavab vermirlər".

Hazırda Bakıda mövcud olan binaların ömrü nə qədərdir? - NƏZARƏT GÜCLƏNDİRİLİR

"Binalar zaman-zaman təmir olunmalıdır"

Ekspert düşünür ki, binaların tez sıradan çıxmasının səbəbi düzgün qulluq edilməməsidir: "2000-ci ildən bəri inşa olunmuş yeni tikililərlə bağlı da müxtəlif zamanlarda monitorinqlər həyata keçirilir. Onların keyfiyyəti, dayanıqlılığı istiqamətində müzakirələr aparılır. Həmin binaların içində keyfiyyətsiz olanlar da var. Amma əksəriyyəti, xüsusilə monolit beton binalar keyfiyyətlidir. Sadəcə istismar qaydaları, binaların saxlanması ilə bağlı işlərin qaydasında olmadığını, standartlara cavab vermədiyini söyləmək olar. Çünki çoxmənzilli binaların idarə olunması sahə mülkiyyətçilərinin nəzarətindədir. Dövlət nəzarətində deyil. Bir çox hallarda bina bir neçə il istismar olunduqdan sonra mənzil tikinti kooperativləri müəyyən qurğu və avadanlıqların köhnəldiyini nəzərə alaraq həmin binaları tərk edirlər. Binalar zaman-zaman təmir olunmalıdır. Orada müəyyən fasad işləri, qurğuların vaxtında dəyişdirilməsi həyata keçirilməlidir. Amma bir çox hallarda bu işlər standartdan kənar aparılır və yaxud heç aparılmır. Bu səbəbdən 15 il bundan öncə inşa olunmuş bina elə görünür ki, elə bil 100 ildir mövcuddur".

R.Osmanlı yeni qərar əsasında ediləcək digər dəyişikliklərdən də bəhs etdi: "Tikinti normaları ilə bağlı qaydaların tətbiq olunmasından sonra binalarda keyfiyyət göstəricilərinin daha da artırılması, eyni zamanda tikilən binaların ərazi planlaşması zamanı qeyd olunan tələblərə əməl olunması, yaşıllıq zonalarının salınması, ərazi üzrə müvafiq infrastrukturun yaradılması məsələlərində də ciddi nəzarət olacaq. Hətta 9 hektardan artıq sahəsi olan binalar üçün də ayrıca tələblər var. Bu səbəbdən düşünürəm ki, qanunlar bu sahədə keyfiyyəti bir qədər də artıracaq".

Hazırda Bakıda mövcud olan binaların ömrü nə qədərdir? - NƏZARƏT GÜCLƏNDİRİLİR

"Tikinti şirkətləri bina ilə bağlı məsuliyyət daşımalıdır"

Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov isə bildirdi ki, sovet dövründə inşa olunmuş binalar artıq istismara yararlı deyil. O səbəbdən həmin binalarda yaşamaq təhlükəlidir: "Xruşşovka"lar 60-cı illərdə tikilməyə başladı. Bu binaların istismar müddəti 40 il üçün nəzərdə tutulmuşdu. Lakin artıq 65 ilə yaxındır ki, bu binalar istismar olunur. 70-ci illərdə beton özüllü binalar inşa olundu. Bunlar 9 mərtəbəli fransız layihələridir. Bakıda mikrorayonların çoxu bu binalardır. Onların isə istismar müddəti 100 ilə kimi nəzərdə tutulub. Lakin burada düzgün istismar da çox vacibdir. Binalar vaxtaşırı əsaslı təmir olunarsa, onların istismar müddəti 100 il ola bilər. Bəzi mikrorayonlarda bu binaların düzgün istismar olunmaması nəticəsində onlar 50 il xidmət göstərdi. Həmin binalar yaşayış üçün qismən yararlı, qismən isə təhlükəli hesab olunur".

E.Azadovun fikrincə, tikinti şirkətləri istismardan sonra da bina ilə bağlı məsuliyyət daşısalar, binaların ömrü daha uzun ola bilər: "Mənim fikrimcə, 2000-ci ildən sonra inşa olunmuş 2500-ə yaxın yeni çoxmənzilli binalarda ciddi bir qüsur yoxdur. 2007-ci ildən sonra istismara qəbul olunmuş binaların da texniki, qurğu konstruksiya hissələrində fəsad mövcud deyil. Həmin binalar kifayət qədər dayanıqlıdır. Zamanla binaların üzərindən suvaq qatları qopur, düşür. Bu kimi qüsurlar olmasa, binaların digər daşıyıcı konstruksiyalarında ciddi problem yoxdur. O səbəbdən binaların aşınma dərəcəsinə uyğun olaraq vaxtaşırı suvaq və digər hissələrin bərpası lazımdır. Bu kimi hallar nəzərə alınaraq, tikinti şirkətləri bina ilə bağlı məsuliyyət daşımalıdır".

"Kommunikasiyaların keyfiyyəti arta bilər"

Memar, urbanist Səbinə Abbasova da düşünür ki, yeni qanunun uğurlu olması mümkündür: "Yeni normalar və qaydalar əgər yeni tikililərdə ciddi şəkildə tətbiq olunsa, şəhərin memarlıq keyfiyyətinə və ətraf infrastrukturun yaxşılaşmasına müsbət təsir göstərə bilər. Bu, xüsusilə də son illərdə qəbul edilmiş tikinti sıxlığına dair qanunla birlikdə həyata keçirilsə, daha balanslı şəhər inkişafına şərait yarada bilər. Yəni, yeni qanun və qaydalar ilə binaların konstruksiyaları və kommunikasiyaların keyfiyyətinin artırılması mümkündür".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 566   Tarix: 19 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakı yenidən qlobal iqlim gündəminin mərkəzində: İqlim fəaliyyətindən real nəticələrə doğru

Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 Azərbaycanın iqlim gündəliyində yeni mərhələnin başlanğıcıdır. İqlim dəyişmələri artıq yalnız ekoloji problem deyil. Bu məsələ XXI əsrin iqtisadi, enerji, sosial, texnoloji və hətta geosiyasi gündəminin əsas istiqamətlərindən birinə çevrilib. Temperatur artımı, su ehtiyatlarını

10 sentyabr
.

Məclisdən evə qayıdarkən qəzaya düşüblər - 5 nəfərin öldüyü hadisənin təfərrüatı

Zərdabda beş nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin yeni təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, qəzaya düşənlər rayonun Məmmədqasımlı kənd sakinləri olub. Bildirilib ki, avtomobildə qəzaya düşən ailə üzvləri hadisə zamanı vəfat edən Qalib Məhəmmədovun nəvəsinin il

9 sentyabr
.

Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!

Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında

10 sentyabr
.

Oğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA

Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd

11 sentyabr
.

Sabah bu ərazilərdə qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli

9 sentyabr
.

Dövlət işçilərinə maaş əlavələri və mükafatlar belə veriləcək - Prezidentdən Fərman

Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında Fərman imzalayıb. "Qafqazinfo" xəbər verir ki, Fərmanda deyilir:. "Azərbayca

10 sentyabr
.

Bakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO

Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

9 sentyabr
.

"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video

"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli

9 sentyabr
.

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql

10 sentyabr