AZAL-ın təyyarəsi Sankt-Peterburqa geri qayıtdı
"Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib".
Sonxeber.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.
Bildirilib ki, bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.
"Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən, Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib. Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.
Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.
Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib.
AZAL sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir, Pulkovo hava limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir", - məlumatda deyilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 932 Tarix: 20 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Şuşanın daşlarında şəhid ruhu yaşayır, ehtiyatlı olaq!!!
Şuşa haqqında danışanda onun yalnız gözəlliyindən, tarixi abidələrindən, mədəniyyətimizdəki misilsiz yerindən söz açmaq kifayət etmir. Şuşa həm də bizə böyük bir məsuliyyət xatırladır. Çünki bu şəhər Azərbaycan xalqının əsrlər boyu yaratdığı mənəvi sərvətin, milli yaddaşın və dövlətçilik iradəsinin simvollarında
10 sentyabrOğlan tələbələrə bu səbəbdən kirayə ev VERİLMİR - AÇIQLAMA
Hazırda yeni tədris ili ərəfəsində bölgələrdən Bakıya gələn tələbələrin kirayə mənzil axtarışı yenidən gündəmə gəlib. Xüsusilə oğlan tələbələrin ev tapmaqda daha çox çətinlik çəkdiyi, bəzi elanlarda isə yalnız qız tələbələrə üstünlük verildiyi müşahidə olunur. Bəs, oğlan tələbələrin kirayə ev tapmaqd
11 sentyabrSabah bu ərazilərdə qaz olmayacaq
Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə ki, təmir-quraşdırma işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Yasamal rayonunun M. İbrahimov, L.Tolstoy, B. Səfəroğlu, D. Əliyeva, H. Aslanov, Ə. Quliyev, İ. Səfərli
9 sentyabrBakıda qolları olmayan körpə doğuldu: Anası İMTİNA ETDİ - FOTO
Bakının Sabunçu rayonunda yerləşən tibb müəssisələrindən birində anadangəlmə yuxarı ətrafları (qolları) olmayan körpə dünyaya gəlib. "Unikal"a istinadən xəbər verir ki, doğuşdan sonra körpənin anası övladından rəsmi şəkildə imtina edib. Faktı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind
9 sentyabr"Zipline"nın trosu qırılmayıb, rolikləri yerindən çıxıbmış - Video
"Şəki yaylası"nda faciəvi şəkildə həlak olan Coşqun Məmmədov və Ucal Bayramov əvvəlcədən sığortaya qol çəkiblər. "Qafqazinfo" xəbər verir ki, bu barədə AzTV-nin reportajında bildirilib. Əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortası olduğu, təhlükəsizli
9 sentyabrCekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimləri göstərir ki, milyonlarla ölçülən sərvətin taleyi də onun sahibi qədər fərql
10 sentyabr