Azərbaycanda güclü zəlzələ olacaq? - RƏSMİ CAVAB

Azərbaycanda güclü zəlzələ olacaq? - RƏSMİ CAVABTarix boyu Azərbaycan güclü zəlzələlərin baş verdiyi bölgələrdən biri olub. Son illərdə isə zəlzələlər insanların gündəlik həyatına nadir hallarda təsir edir. Lakin bu heç nəyi dəyişmir ki, ölkəmiz seysmik baxımdan aktiv bölgədə yerləşir.

Bəs görəsən, gələcəkdə ölkəmizdə güclü zəlzələlər ehtimalı nə dərəcədə yüksəkdir? Niz baş verəcək təkanı nə qədər öncədən bilə bilirik?

BAKU.WS-in bu və digər suallarını AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Elektron xidmətlər şöbəsinin müdiri Vüsalə Rafiqqızı cavablayıb.

Onun sözlərinə görə, Azərbaycan seysmik baxımdan aktiv bölgədə - Alp qırışıqlıq sisteminin üzərində yerləşir. Bu səbəbdən də tək Azərbaycan deyil, ümumilikdə Cənubi Qafqaz bölgəsi seysmik baxımdan aktiv ərazi hesab olunur:

Şöbə müdiri onu da bildirib ki, dünyanın heç bir ölkəsində zəlzələnin öncədən proqnozu yoxdur. Söhbət dəqiq proqnozdan - vaxtından, onun gücündən və episentrindən gedir:

"Dünyada zəlzələnin dəqiq proqnozu olmadığına görə, zəlzələ baş verəcəyi təqdirdə əhaliyə məlumat vermək mümkün olmur. Sadəcə olaraq hardasa zəlzələ olduqda ərazi barədə məlumat, maqnitudası və episentri barədə məlumat verilir. Bu da tək bizdə yox dünyada belədir. Düzdür, bəzi seysmoloq-alimlər hansısa ərazinin seysmik aktivliyini əsas götürərək ora ilə bağlı ümumi proqnozlar verə bilirlər. Lakin bu dəqiq proqnoz deyil. Hamı bilir ki, seysmik aktiv ərazidə zəlzələ baş verə bilər".

V. Rafiqqızı deyir ki, son illərdə Azərbaycanda elə də güclü zəlzələlər baş verməyib. Hansısa dağıdıcı və güclü zəlzələ baş verərsə bu ərazinin strukturunda və relyefində nəsə dəyişə bilər. Azərbaycanda isə belə hal qeydə alınmayıb.

"Burada maqnitudası 4-5 və bir qədər yuxarı zəlzələlər nəzərdə tutulur. Adətən maqnitudası 6 baldan yuxarı zəlzələlər güclü zəlzələlər hesab olunur.

Zəlzələ ocaqları qırılmalar boyunca yerləşirlər. Hansısa dağıdıcı və güclü zəlzələ baş verərsə bu ərazinin strukturunda və relyefində nəsə dəyişə bilər. Son illərdə Azərbaycanda belə hal qeydə alınmayıb. Təbii ki hər gün baş verən 0.1 həssaslıqda təkanlar belə qeydə alınır, məlumatlar emal edilir və elmi tədqiqatlarda istifadə olunur. Bu hansısa ərazidə güclü zəlzələ olacağı anlamına gəlmir".

"Bəzən sahəyə yaxın olan və ya olmayan insanlar ekspert qismində çıxış edirlər ki, biz demişdik və s. Bunların heç bir elmi əsası yoxdur. Heç kəs demir zəlzələ olmayacaq. Əgər bölgə aktiv ərazidirzə həmin yerdə maqnitudası 3 və daha çox təkanlar qeydə alına bilər. Hansı tarixdə, ərazidə və gücdə zəlzələ olacağı, güclü və zif olacağı barədə proqnoz yoxdur. Kimsə bu proqnozu verirsə bunun elmi əsası yoxdur", - deyə Seysmoloji Xidmət Mərkəzinin rəsmisi fikrini yekunlaşdırıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 11286   Tarix: 20 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr