Avokado qaralanda onu yemək olarmı?

Avokado qaralanda onu yemək olarmı?Avokadodakı faydalı yağlar meyvəyə həm yumşaq tekstura, həm də doymuş dad bəxş edir. Lakin kəsildikdən təxminən iki gün sonra bu yağlar oksidləşməyə və acılaşmağa başlayır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, nəticədə dad dəyişsə də, belə avokado hələ də sağlamlıq üçün zərərli deyil.

Niyə avokado qaralır və təhlükəlidirmi?

Əgər avokadonun içini kəsib onun qaraldığını görmüsünüzsə, tələsməyin onu atmaq lazım deyil. Mütəxəssislər bildirirlər ki, belə meyvə iki günə qədər yemək üçün tam təhlükəsizdir. Rəngin dəyişməsi meyvənin xarab olduğunu göstərmir bu, sadəcə hava ilə təmas nəticəsində baş verən kimyəvi reaksiyadır. "Əgər avokadonu uzun müddət açıqda saxlasanız bir neçə gün o zaman acı dad yaranmağa başlayır".

Avokadonun oksidləşməsi necə baş verir?

Parlaq yaşıl rəngli bu meyvə "pis" xolesterini azaltmağa kömək edən sağlam yağlarla zəngindir və bu səbəbdən bütün dünyada məşhur səhər yeməyi məhsuluna çevrilib. Ancaq hər kəs bilir ki, kəsilmiş avokado çox tez qaralır. Fatino izah edir ki, bu, oksidləşmə prosesidir eyni təbii reaksiya alma və banan kəsildikdə də baş verir.

"Avokadonun kəsilməsi zamanı hüceyrələrdəki fermentlər oksigenlə təmasda olur və melanin adlı piqment yaranır. Məhz bu piqment səthi qəhvəyi rəngə boyayır".

Bu reaksiyaya səbəb olan ferment polifenoloksidaza (PPO) adlanır. O, həm avokadoda, həm də almada təbii şəkildə mövcuddur. Zaman keçdikcə bu ferment meyvədəki bəzi yağları parçalayaraq dadın dəyişməsinə səbəb olur.

Avokadonun artıq yararsız olduğunu necə bilmək olar

İlk və ya ikinci gün ərzində yaranan qaralma yalnız xarici görünüşün dəyişməsidir. Amma bundan sonra yağlar daha çox oksidləşir, nəticədə acı və "sabımsı" dad əmələ gəlir bu, avokadonun xarab olmağa başladığını göstərir. Əgər meyvədən turş qoxu gəlirsə, yapışqan və ya sürüşkən tekstura yaranıbsa onu atmaq lazımdır. Lakin yüngül qaralma təhlükəli deyil. O, sadəcə qaralmış təbəqəni nazik kəsib atmağı və qalan hissəni istifadə etməyi məsləhət görür xüsusilə avokado tostu və ya quakamole hazırlayarkən.

Daxildəki qəhvəyi liflər nədir?

Bəzən avokadonun içində qəhvəyi liflər və ya nazik xətlər görünə bilər. Bunlar meyvə böyüyərkən qidaları və suyu daşıyan damar dəstələridir. Bu hal adətən gənc və ya həddindən artıq yetişmiş ağaclardan yığılmış meyvələrdə müşahidə olunur. Bu liflər bir qədər sərt ola bilər, lakin tamamilə təhlükəsizdir və yeməyə mane olmur.

Avokadonun qaralmasının qarşısını necə almaq olar?

Kəsilmiş avokadoda çəyirdəyi yerində saxlayın bu, meyvənin hava ilə təmasını azaldır. Avokadonu hava keçirməyən qutuda və ya yapışqan örtükdə saxlayın. Üzərinə limon və ya laym şirəsi əlavə edin onun tərkibindəki limon turşusu oksidləşməni yavaşladır.

Həddindən artıq soyuq və ya isti şəraitdən qaçın temperatur fərqləri meyvəyə zərər verə bilər. Bir neçə dərəcəlik soyuq belə avokado ağaclarına zərər vura bilər, çox isti hava isə ağacların meyvə tökməsinə səbəb olur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1514   Tarix: 20 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda avtomobil gözəllik salonuna girdi

Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi

2 noyabr
.

Azərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika

Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c

3 noyabr
.

Hərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular

Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb

2 noyabr
.

Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular

Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini

3 noyabr
.

"Süni intellekt media üçün böyük inkişaf dividendləri vəd edir" - BƏHRUZ QULİYEV

"Bu gün süni intellekt texnologiyalarının sürətli inkişafı dünya mediası qarşısında həm ciddi problemlər, həm də yeni imkanlar açır. Bu proses, ilk növbədə, ənənəvi medianın fəaliyyət modelinə, iqtisadi dayanıqlığına və auditoriya ilə münasibətlərinə təsir göstərir. Artıq oxucuların bir qismi informasiy

3 noyabr
.

Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar

3 noyabr
.

Jurnalistləri döyənlər qanun qarşısında necə cavab verəcək? - Hücumların arxasında hansı məsuliyyət dayanır? - VƏKİLDƏN AÇIQLAMA

Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirərkən fiziki zorakılığa məruz qalması media sahəsində narahatlıq doğuran məsələlərdən birinə çevrilib. Son günlər REAL TV və Space TV-nin əməkdaşlarının, ardınca isə APA TV-nin müxbirinin hücuma məruz qalması bu problemin yenidən gündəmə gəlməsinə səbəb olub

2 noyabr
.

Noyabrda ardıcıl 4 gün iş olmayacaq

Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı

2 noyabr
.

"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb

"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt

2 noyabr