"Təzə dəm"də çay kefi ona 17 minə baha başa gəldi
Bakıda avtomobildən 9900 dollar (16 830 manat) oğurlayan Biləsuvar rayon sakini həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu Sabit Orucov küçəsindəki "Təzə dəm" çay evinin qarşısında baş verib.
Axşam saatlarında çay evinin qarşısından keçən 35 yaşlı T.Məmmədov orada dayanan "BMW X5" markalı avtomobilin qapısının açıq olduğunu görüb. O, maşının salonuna daxil olaraq ön oturacaqların arasındakı mərkəzi dirsək altından 9900 ABŞ dollarını götürüb qaçıb. T.Məmmədov oğurladığı pulları yaşadığı evə aparıb.
Hadisə vaxtı çay evində olan zərərçəkmiş şəxs küçəyə çıxıb maşınına oturduqda pulların oğurlandığını görüb və polisə məlumat verib. Həyata keçirilən tədbirlərlə T.Məmmədov saxlanılıb və barəsində cinayət işi açılıb. Onun əvvəllər də bir neçə dəfə oğurluq etdiyi və bu cinayət hadisəsini törədərkən şərti azadlıqda olması müəyyən edilib.
Xətai Rayon Məhkəməsinin bir neçə gün öncə çıxardığı hökmə əsasən, T.Məmmədova 3 il həbs cəzası verilib. O, məhkəmə zalındaca həbs olunub.
Hökm verilərkən oğurlanmış pulların böyük hissəsinin qaytarılması və təqsirləndirilən şəxsin övladının birinci qrup əlil olması yüngülləşdirici hal, onun təkrar olaraq və şərti azadlıqdaykən cinayət törətməsi isə ağırlaşdırıcı hal kimi nəzərə alınıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1104 Tarix: 20 oktyabr 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda avtomobil gözəllik salonuna girdi
Bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Hüseynbala Əliyev küçəsində - metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında 2 avtomobil toqquşub. Nəticədə, idarəetmədən çıxan "Toyota Aqua" markalı avtomobi
2 noyabrAzərbaycanın şəhərlərində ana ölümü ilə bağlı şok statistika
Azərbaycanda 2025-ci ildə ana ölümü göstəricisi şəhər yerlərində əvvəlki illə müqayisədə 81.1 faiz artıb. Kənd yerlərində isə bu göstərici təxminən 27 faiz azalıb. -a istinadən xəbər verir ki, 2025-ci ildə şəhər yerlərində hər 100 min diri doğulana düşən ana ölümü göstəricisi 22.1 olub. Bu rəqəm 2024-c
3 noyabrHərbi xidmətdən boyun qaçıran şəxslər məsuliyyətə cəlb olundular
Azərbaycanda hərbi xidmətdən boyun qaçırma faktları üzrə cinayət işləri başlanılıb. Respublika Hərbi Prokurorluğundan -a verilən məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özünə xəsarət yetirib psixi və nevrotik pozuntuları simulyasiya etməklə, hətta tibb
2 noyabrArvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
Bakının Nəsimi rayonunda arvadını döyən kişi məhkəmə qarşısına çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, 1969-cu il təvəllüdlü R.Məmmədov 1975-ci il təvəllüdlü həyat yoldaşı S.Məmmədovaya yumruqla zərbə endirərək döyüb. Nəticədə qadın sol gicgah, sol almacıq və sol qulaqaltı-çeynəmə nahiyələrini
3 noyabrAzərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri o oldu
Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, 2021-ci ildə dövlət başçısının Sərəncamı ilə S.Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin İdar
3 noyabrNoyabrda ardıcıl 4 gün iş olmayacaq
Azərbaycanda bu ay ardıcıl 4 gün iş olmayacaq. "Qafqazinfo" xəbər verir ki, ölkəmizdə noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü qeyd olunur. Bu il Zəfər Günü bazar gününə təsadüf etdiyindən istirahət günü noyabrın 10-na keçirilib. Beləliklə, noyabrın 7-dən 10-dək ardıcı
2 noyabr"28 May"dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
"Bakı Metropoliteni" QSC-nin "28 May" və "Nizami" stansiyaları arasında qazılan 2 yeni tuneldə işlərin gedişatı ilə bağlı vəziyyət açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, qurumun mətbuat katibi Bəxtiyar Məmmədov hər birinin uzunluğu 211 metr olan tunellərdə qazınt
2 noyabr