Azərbaycanlılara verilən işgəncələr elan edildi - Fotolar

Azərbaycanlılara verilən işgəncələr elan edildi - FotolarErmənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası oktyabrın 20-də davam etdirilib.

"Qafqazinfo" xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Əvvəlcə təqsirləndirilən Davit İşxanyan müraciət edərək əlavə iki materialın məhkəmədə sübut kimi tədqiq olunmasını xahiş edib.

Məhkəməyə sədrlik edən Zeynal Ağayev bildirib ki, qeyd olunan materiallar təqsirləndirilən şəxsin özü və ya müdafiəçisi tərəfindən məhkəməyə təqdim olunacağı təqdirdə sübut qismində tədqiq olunmasına baxılacaq.

D.İşxanyan bu barədə danışmaq üçün müdafiəçisi ilə fasilə zamanı konfidensial qaydada görüşmək istədiyini bildirib. Sədrlik edən buna razılıq verib.

Təqsirləndirilən David Babayan da bir neçə hadisəyə dair sənədin cinayət işinə əlavə edilərək sübut qismində tədqiq olunmasını məhkəmədən xahiş edib.

Sədrlik edən təqsirləndirilən şəxsə sözügedən hadisələrə dair sənədlərin məhkəməyə təqdim edildikdən sonra tədqiq olunma məsələsinə baxılacağını bildirib.

Təqsirləndirilən şəxs Arkadi Qukasyan çıxış edərək tədqiq olunan sənədlərə fikirlərini ümumi şəkildə bildirib, eləcə də tədqiq olunmuş bəzi sənədlər və orada göstərilən xüsusatlarla razılaşmadığını deyib.

Ardınca məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyən və bununla bağlı məhkəməyə müraciət etmiş zərərçəkmiş şəxslərin ifadələri elan olunub.

Elan olunan ifadəyə əsasən, zərərçəkmiş Şakir Albalıyev bildirib ki, o, 1992-ci ilin iyun ayında hərbi xidmətə çağırılıb. Öz evi və əmlakı Cəbrayıl rayonunun Dağ Tumas kəndində yerləşib. 1993-cü il avqustun 25-də Ermənistan silahlı qüvvələri onun xidmət etdiyi batalyonu mühasirəyə alaraq güclü atəşə tutublar. Həmin ərəfədə Ermənistan silahlı qüvvələri Cəbrayıl rayonunun bir sıra kəndlərini, o cümlədən yaşadığı Dağ Tumas kəndini və valideynlərinin yaşadığı Pirəsəd kəndini işğal edərək yandırıblar.

Onunla birgə Müşviq, Alməmməd, Məzahir Məmmədov, Məzahir Cəbrayılov və daha adların xatırlaya bilmədiyi bir neçə şəxs Dağ Tumas kəndində olarkən Əliyev Məhəmməd Hümmət oğlunun və Bənövşə adlı bir qoca qadının evlərinin qabağında Ermənistan silahlı qüvvələri tərəfindən güllənmiş meyitlərini görüblər.

Ş.Albalıyev avqustun 26-da Cəbrayıl rayonunun Sofulu kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülüb. O, əsirlikdə döyülüb, ağır işgəncələrə məruz qalıb. 1993-cü il avqustun 28-də əsirlikdən qaçıb.

Zərərçəkmiş şəxs Elşən Nuhiyevin elan olunan ifadəsinə əsasən, 1993-cü il iyulun 2-də Füzuli rayonunun Gorazıllı kəndində babasının evində olarkən atası Arif, anası Məxmər, qardaşı Rövşən, əmisi Vaqif, əmisinin arvadı Raisə, qızı Sevil, Sevda, əmisi Balay, əmisinin arvadı Raisə, dayısı Marks, nənələri Tamaşa və Maya ilə birlikdə Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülərək Xocavənd rayonuna, daha sonra Xankəndi Şəhər Uşaq Xəstəxanasına aparılıb. Həmin gün atası Arifi, əmisi Vaqifi, Balayı və dayısı Marksı onlardan ayırıb Şuşa həbsxanasına aparıblar. Xankəndi şəhərində onlardan başqa Laçın, Abşeron, Kəlbəcər rayonlarından olan müxtəlif şəxslər də saxlanılıblar.

Bundan başqa, Xankəndi şəhərində uşaq xəstəxanasında Kamo adlı, eləcə də digər erməni nəzarətçilər onlara müxtəlif növ işgəncələr veriblər. Orada 4 ay 5 gün saxlanıldıqdan sonra 1993-cü ilin noyabr ayının əvvəllərində Ağdam rayonunun Qərvənd kəndi ərazisində girovluqdan azad olub.

Təxminən 1 ay sonra anası Məxmər azad edilib. Atası Arif isə onlardan əvvəl azad olub. Atasından öyrənib ki, əmisi Vaqif girovluqda mütəmadi döyülüb, verilmiş ağır işgəncələr nəticəsində ölüb.

Elan olunan digər ifadəyə əsasən, zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Mehriban Kərimova bildirib ki, Ermənistan silahlı qüvvələri 1992-ci il aprelin 8-də yaşadığı Kəlbəcər rayonunun Ağdaban kəndinə silahlı hücum edərək çoxsaylı şəxsi qəsdən öldürüb, bir neçə şəxsə müxtəlif ağır bədən xəsarətləri yetirib. Onu, atası Sovet Kərimovu, Azərbaycan dili və ədəbiyyat müəllimi Sevinc Quliyevanı və sonuncunun övladları Zülfiyyə Quliyevanı və Samir Quliyevi girov götürüblər. Anası Qəməri isə həmin gün avtomatdan atəş açaraq öldürüblər.

Ermənistan silahlı qüvvələrinin hərbçiləri kənddəki evləri yaşayışın olub-olmadığına məhəl qoymadan yandırıb, yolda gördükləri dinc sakinləri odlu silahlardan atəş açaraq qətlə yetirirdilər.

Atası ilə birlikdə bu vəhşiliyin canlı şahidi olub, gözünün önündə həmkəndlilərinin vəhşicəsinə qətlə yetirildiyini görüb.

M.Kərimova bildirib ki, Ermənistan hərbçilərinin evləri talan etməsini, qiymətli əşyaları, heyvanları oğurlamasını yol getdikcə müşahidə edib.

İfadəsində, həmçinin göstərib ki, girov götürüldükdən sonra onlar kəndin mərkəzində yaşlı bir qadının evinə aparılıblar. Evə daxil olanda təxminən 6 yaşında Ülviyyə adlı uşağın yerdə uzanıqlı vəziyyətdə olduğunu görüb. Məlum olub ki, Ülviyyə atası Camalın belində olarkən Ermənistan hərbçiləri atəş açaraq ikisini birlikdə qətlə yetirib. Bundan başqa, həmin vaxt orada olan Tural adlı kənd sakinini əlləri bağlı halda ot tayasına tərəf aparıblar. Oraya çatdıqda arxadan avtomat silahla atəş açıb onu vurublar, sonra isə ot tayasını yandırıb Turalı alovun içərisində atıblar və o, yanaraq ölüb.

Sonradan eşidib ki, Turalın anasını da ağzından avtomatla atəş açaraq öldürüblər.

O, ifadəsində, həmçinin bildirib ki, hücum zamanı Ermənistan silahlı qüvvələri onun dayısı, Aşıq Şəmşirin nəvəsi Qurbanov Qulu Şabər oğlunu tonqalda diri-diri yandırıblar. Bundan başqa Aşıq Şəmşirin qohumları Bəkir, Zeynəb, Qulu, Qara və digər doğmaları da Ermənistan hərbçiləri tərəfindən öldürülüblər. Onlardan bəzilərini isə evlərində ailə üzvləri ilə birlikdə yandırıblar.

M.Kərimova bir ay sonra girovluqdan azad olunub.

Elan olunan digər ifadəyə əsasən, zərərçəkmiş Bəhram İbrahimovun hüquqi varisi Sakit Feyzullayev bildirib ki, 2020-ci il oktyabrın 7-də övladının Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə iştirak edərkən şəhid olması xəbərini eşidib.

Zərərçəkmiş Murad Mahmudovun hüquqi varisi Mahir Mahmudovun elan olunan ifadəsinə əsasən övladı 2020-ci il oktyabrın 10-da Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə Ermənistan silahlı qüvvələrinin açdığı snayper atəşi nəticəsində şəhid olub.

Zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Vüqar Süleymanov, Taleh Nəbiyev, Tacəddin Kərimov, Ayxan Camalzadə, Vurğun Əbilov, Faiq Səfərov və başqalarının ifadələrinə əsasən onlar müxtəlif vaxtlarda mina və digər sursatların partlaması nəticəsində xəsarətlər alıblar.

Nabat Bağırova, Səlminə Əliyeva, Məhəmməd Mahmudov, Hikmət Abdullayev, Valeh Həsənov, Rəfail Bayramov, Samir Əlizadə, Zaməddin Həsənov, Əli Ağalarov, Azər Məmmədov, Ziyəddin Mirzəyev, Fuad İbrahimli, Dəyanət Əliyev, Dilqəm Səfərov, İlqar Fərəcov, Urfan Əzizov, Yunis Quliyev, Vahid Dadaşov, Ceyhun Rzaquliyev, İbrahim Əliyev, Nicar Əlizadə, Sadiq Əhmədov, Nazir İmranzadə, İsaq Dəmirov, Nihad Quliyev və digər zərərçəkmiş şəxslərin də ifadələri elan edilib.

Məhkəmə prosesi oktyabrın 23-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.
Azərbaycanlılara verilən işgəncələr elan edildi - FotolarAzərbaycanlılara verilən işgəncələr elan edildi - FotolarAzərbaycanlılara verilən işgəncələr elan edildi - FotolarAzərbaycanlılara verilən işgəncələr elan edildi - FotolarAzərbaycanlılara verilən işgəncələr elan edildi - FotolarAzərbaycanlılara verilən işgəncələr elan edildi - FotolarAzərbaycanlılara verilən işgəncələr elan edildi - FotolarAzərbaycanlılara verilən işgəncələr elan edildi - FotolarAzərbaycanlılara verilən işgəncələr elan edildi - FotolarAzərbaycanlılara verilən işgəncələr elan edildi - FotolarAzərbaycanlılara verilən işgəncələr elan edildi - FotolarAzərbaycanlılara verilən işgəncələr elan edildi - FotolarAzərbaycanlılara verilən işgəncələr elan edildi - Fotolar


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1015   Tarix: 20 oktyabr 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Başı telefona qarışan sürücülərin TÖRƏTDİKLƏRİ QƏZALAR - ANBAAN GÖRÜNTÜLƏRİ

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə müraciət edib. Bu barədə -a mərkəzdən məlumat verilib. Bildirilib ki, paytaxt yollarında maddi zərərlə nəticələnən qəzalarının bir çox hissəsi sürücü diqqətsizliyi səbəbindən baş verir. Xüsusilə bu cür hadisələr zamanı sürücüləri

8 iyun
.

Goranboyda ağır qəza, ölənlər var - Foto

Goranboy rayonunda ağır yol qəzası baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı "VAZ 2107" və "VAZ 2106" markalı avtomobillər toqquşub. Nəticədə, avtomobillərdə olan şəxslərdən 2 nəfər hadisə yerində ölüb, xəsarət alanlar var. Yaralı şəxslər yaxınlıqda yerləşə

8 iyun
.

Həyatını təhlükəyə atan piyada öldü - Anbaan video

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi iyunun 6-sı Sabunçu rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsinin görüntülərini yayıb. "Qafqazinfo" xəbər verir ki, piyada keçidinin yaxınlığında çoxzolaqlı yolu keçməyə çalışan şəxsin hadisə yerində öldüyü bildirilib

8 iyun
.

Bakıda DƏHŞƏT: Mənzildən ata və məktəbli oğlunun meyitləri tapıldı, digər övlad xəstəxanalıq oldu - FOTO

Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində faciəvi hadisə baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, 20 Yanvar küçəsi, 39 ünvanındakı binada yerləşən mənzillərin birində 13 yaşlı oğlu Kamran Abıyevlə birgə meyiti tapılan Əbülfəz Abıyev müəllim imiş. O, Avropa Azərbayca

8 iyun
.

Sabah 33 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər bəzi yerlərdə yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Yarımadanın ayrı-ayrı yerlərində qısa müddət

8 iyun
.

İş müsahibələrində qıcıqlandırıcı suallar: Namizədlər hansı hallarda stresə düşürlər? - VİDEO

İş üçün müraciət edən şəxslər müsahibə zamanı bəzən "Sizi niyə işə götürməliyik, "Azyaşlı övladlarınız varmı, "Stres altında işləməyi bacarırsınızmı?" kimi gözlənilməz və bəzən şəxsi həyata toxunan suallarla qarşılaşırlar. Müsahiblər bildirirlər ki, bir çox hallarda iş görüşmələrind

7 iyun
.

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış taleyüklü əhəmiyyəti olan günlərdən biridir" - DEPUTAT

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdə

8 iyun
.

XİN-dən Azov dənizində ölən və xəsarət alan vətəndaşlarımızla bağlı AÇIQLAMA

"İyunun 5-də Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər". xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliy

7 iyun
.

Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsi 41 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin dəyəri 385 milyon 527 min ABŞ dolları təşkil edib. "Report"un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,2 % çoxdur. Son 1 ildə Azərbaycanın Gürcüstan

7 iyun