Vergi qalmaqalı ilə gündəmə gələn "Okean Avtosalon"da yeni cinayət işi
Bakıda milyonlarla manatlıq vergi pozuntuları ilə gündəmə gələn "Okean Avtosalon"un hüquqşünası həbs edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, 1984-cü il təvəllüdlü, Şəmkir rayonunun Seyfəli kənd sakini Məmməd Bayramov barəsində Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq — etibarın sui-istifadəsi ilə) və 178.2.3 (külli miqdarda ziyan vurmaqla) maddələri ilə cinayət işi açılıb və məhkəmədə baxılıb.
Araşdırmalar zamanı məlum olub ki, Məmməd Bayramov 2024-cü il iyunun 1-də "Okean Avto 2011" MMC-yə hüquqşünas vəzifəsinə qəbul olunub. İşə başlamazdan əvvəl mərc oyunlarına aludə olduğuna və uduzduğuna görə xeyli borcu yaranıb. O, borclarını ödəmək məqsədilə şirkətə məxsus avtomobil satışlarından əldə olunan pulların bir qismini götürərək mərc oyunlarında istifadə edib. Lakin həmin vəsaiti də uduzub.
Bundan başqa, o, MMC-yə kredit borcu olan bir neçə şəxsdən - Rasim adlı şəxsdən 5.000 manat, D.J.-dan 2.200 manat, Fəqan Məmmədovdan 6.784 manat, H.H.-dan 3.351 manat, digər şəxsdən 3.200 manat, Orxan İsmayılovdan 2.950 manat və D.O.-dan 1.550 manat alaraq, şirkətə təhvil verməyib və şəxsi ehtiyaclarına xərcləyib.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya Şöbəsinin arayışına əsasən, təqsirləndirilən şəxs əmək qabiliyyəti olmayan və III qrup əlildir.
Məhkəmənin hökmü ilə Məmməd Bayramov 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, bu müddətdə elektron qolbaqla nəzarətdə saxlanılacaq və əlavə olaraq 1 il 6 ay müddətinə rəhbər və ya maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "Okean Avtosalon"da keçirdiyi səyyar yoxlamalar nəticəsində də külli miqdarda vergi pozuntuları aşkar edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











17 yaşlı Azərbaycan çempionu qəfil vəfat etdi - Foto
Pensiyaçılar və işsizlər cərimədən azaddırmı? - HÜQUQİ İZAH
Azərbaycanda bu şəxslər üçün ictimai nəqliyyatda birinci gedişhaqqı 1 QƏPİK OLDU
Özəl məktəblərdə qiymətlər dəyişdi: Təhsil haqqı artdı (SİYAHI)
Bakının bu ərazilərində işıqlar sönəcək - ÜNVANLAR
Polis Halloween bayramını qeyd edən sakinləri saxladı
Bakıda EVLƏR SÖKÜLÜR - Ağaclar, zirzəmi, hasarlara da pul verilir
Toyuğu yumazdan əvvəl bu təhlükəni bilin!
Pensiyaçılara XƏBƏRDARLIQ: 100-200 manat təklif edirlər…
Qədim Şuşada gözəllik yaradılır
Noyabrın 6-dan 30-dək davam edəcək - ƏHALİYƏ XƏBƏRDARLIQ
Bakıda avtomobil gözəllik salonuna girdi
"Tiktok"da tanış olduğu qadını rayona apardı, gecələmək istəməyəndə onu döydü
Tarixi ədalətin Zəfəri!